“Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarını yüksək səviyyədə qəbul edəcək”
Tarix: 01.05.2017 | Saat: 21:59:00 | E-mail | Çapa göndər


“Azərbaycan Birinci Avropa Oyunları kimi çoxsaylı iri idman tədbirlərinin keçirilməsi sahəsində çox uğurlu təcrübə qazanıb. Ölkədə bu cür tədbirlər keçirilməsi üçün bütün zəruri infrastruktur yaradılıb və mən əminəm ki, Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarını çox yüksək səviyyədə qəbul edəcək”. Dubay Əmirliyi Gömrükxanasının direktoru Əhməd Məhbub Musabih bu fikirləri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində söyləyib.
Onun sözlərinə görə, bu gün idman bayramları xalqlar arasında münasibətlərin möhkəmlədilməsi, onların yaxınlaşması üsullarından biridir. İslam dünyasında belə idman tədbirlərinə çox ehtiyac var, çünki bu tədbirlər qonaqların, o cümlədən gələcək tərəqqinin hərəkətverici qüvvəsi sayılan gənclərin görüşməsi, ünsiyyət saxlaması üçün gözəl məkandır. Bundan əlavə, belə tədbirlər gənclərdə vətən sevgisi, qarşılıqlı hörmət, tolerantlıq, dözümlülük kimi ümumbəşəri dəyərləri möhkəmlədir, onları bəzi müsəlman ölkələrində xalqın zərər çəkdiyi dağıdıcı və neqativ təsirlərdən, insana nifrət, irqçilik və ekstremizm kimi yabançı ideologiyadan qorumağa kömək edir.
Ə.Musabih Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi ili” elan edilməsi təşəbbüsü ilə əlaqədar qeyd edib ki, müsəlman ölkələri arasında etimadın, qarşılıqlı anlaşmanın, əməkdaşlığın və inteqrasiyanın möhkəmləndirilməsinə yönəlmiş bu təşəbbüs çox yüksək qiymətləndirilir. Onun sözlərinə görə, bu gün, islam dünyasının çoxsaylı problemlər və təhdidlərlə üzləşdiyi vaxtda belə bir təşəbbüs çox vacib və əhəmiyyətlidir, müsəlman ölkələri bu təşəbbüsün reallaşması üçün hər cür səy göstərməlidirlər.
Əhməd Musabih Azərbaycan ilə BƏƏ arasında ikitərəfli münasibətlərin indiki səviyyəsindən söhbət açaraq qeyd edib ki, ölkələrimiz arasında möhkəm dostluq əlaqələri var, Azərbaycan və BƏƏ bir sıra sahələrdə səmərələri əməkdaşlıq edirlər. O deyib: “Qeyd etmək lazımdır ki, bu gün BƏƏ Azərbaycanda böyük sərmayə yatırır, əmirliklər Azərbaycanın beşinci ən böyük investorudur. Ölkələrimizin gömrük orqanları arasında sıx əlaqə yaradılıb. 2011-ci ildə əməkdaşlıq haqqında saziş imzalanıb. 2015-ci ildə Bakıda səfərdə olmuşam. Bizim nümayəndə heyəti Azərbaycanın inkişaf etmiş gömrük xidməti sistemi ilə tanış oldu. Biz mütəmadi olaraq azərbaycanlı həmkarlarımızla təcrübə mübadiləsi aparırıq”.
Dubay gömrükxanasının direktoru ölkəmiz haqqında təəssüratlarını da bölüşüb. O deyib: “Etiraf edim ki, Azərbaycanın bütün sahələrdə bu dərəcədə yüksək inkişaf səviyyəsinə çatmasını gözləmirdim. Bu ölkədə müasir infrastruktur, dünya səviyyəli otellər, şaxələndirilmiş nəqliyyat şəbəkəsi, əyləncə mərkəzləri, çoxsaylı mədəni-tarixi yerlər və mədəni irs obyektləri var. Bunun sayəsində Azərbaycan Əmirliklərin və digər ərəb ölkələrinin sakinləri üçün populyar turizm istiqamətlərindən birinə çevrilib. Azərbaycana turist axınının artmasının bir mühüm səbəbi də odur ki, bu ölkədə təhlükəsizlik yüksək səviyyədə təmin olunub, turistlərə bütün zəruri xidmətlər göstərilir, bu da turistlərin özlərini rahat və sakit hiss etmələrinə imkan verir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
“Qanın milliyyəti yoxdur”
18.04.2019
Yeni turizm mövsümü başlayır: Bu ilin üç ayında Azərbaycana 157 ölkədən ziyarətçi gəlib
18.04.2019
“Bakcell” Formula 1 Azərbaycan Qran Prisinin ilk rəsmi dəstəkçisi oldu
18.04.2019
Ad günün mübarək, şəhidim!
18.04.2019
Yanğından zərər çəkmiş sahibkarlara dəstək: 345 sahibkar mallarını ticarət mərkəzindən çıxarıb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10749

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Milli mədəniyyətimizin fədakar tədqiqatçısı və təmsilçisi Babək Qurbanov haqqında
5 Rusiya Prezidenti Krasnoyarskdakı Azərbaycan diaspor rəhbərini təltif edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info