AFR 800-dək əsgərini 2014-cü ildən sonra da Əfqanıstanda saxlamaq istəyir
Tarix: 20.04.2013 | Saat: 00:27:00 | E-mail | Çapa göndər


Almaniya hökuməti 2014-cü ilin sonunda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (ISAF) hərbi missiyası başa çatdıqdan sonra da 600-dən 800-dək alman əsgərini Əfqanıstanda saxlamağı NATO-ya təklif edir. 2017-ci ilədək Əfqanıstanda bundesverin kontingentinin 200-300 hərbçiyədək azaldılması planlaşdırılır.
Bu barədə AFR-in müdafiə naziri Tomas de Mezyer məlumat verib. Nazirin sözlərinə görə, 2015-ci ildən etibarən alman əsgərlərinin Əfqanıstanda əsas vəzifələri təlim, məsləhətləşmə və yerli güc strukturlarının müdafiəsi olmalıdır. Birinci mərhələdə alman təlimçilərini Kabildə və Əfqanıstanın şimalında Məzari-Şərifdə yerləşdirmək, 2017-ci ildən isə onları yalnız paytaxtda saxlamaq planlaşdırılır. Lakin T.de Mezyer vurğulayıb ki, alman əsgərləri Əfqanıstanda yalnız BMT-nin Təhlükəsizlik Şurasının sanksiyası və Kabildə hökumətin rəsmi dəvəti əsasında qala bilərlər. Almaniyanın müdafiə naziri bildirib ki, biz arzulanan qonaq olmaq istəyirik. AFR-in Xarici İşlər Nazirliyinin başçısı Gido Vestervello qeyd edib ki, bundesverin 2015-ci ildən Əfqanıstandakı missiyası ilə bağlı yekun qərar yalnız bundestaqa payızda keçiriləcək seçkilərdən sonra qəbul ediləcək. NATO-nun planlarına görə, 2015-ci ildən Əfqanıstanda 8-12 min xarici əsgər qalmalıdır. Lakin ABŞ öz kontingentinin ehtimal olunan sayı ilə bağlı hələlik qərara gəlməyib. Buna görə də, alyansın iyuna planlaşdırılan sammiti, Brüsseldəki diplomatik mənbələrdən bildirildiyi kimi, çox güman ki, baş tutmayacaq.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
USAİD Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırıb
19.09.2018
Şimali və Cənubi Koreya arasında hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalanıb
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır
18.09.2018
Rusiya təyyarəsi vuruldu,15 hərbçi həlak oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info