Şimali Koreya geri çəkilmir: «istənilən an nüvə sınağı keçirə bilərik»
Tarix: 01.05.2017 | Saat: 23:18:00 | E-mail | Çapa göndər


KXDR istənilən an növbəti nüvə sınağını keçirməyə hazırdır. “İnterfax” agentliyi xəbər verir ki, bu barədə Şimali Koreyanın Xarici İşlər Nazirliyi bildirib. “KXDR nüvə gücünü maksimuma çatdırmaq üçün fəaliyyətini ali rəhbərlik tərəfindən müəyyən olunan vaxt və yerdə konstruktiv və mütəmadi olaraq davam etdirəcək, - deyə bəyanatda bildirilir. - Əgər KXDR-də güclü nüvə silahı olmasaydı, ABŞ tərəddüd etmədən digər ölkələrə olduğu kimi, Koreyaya qarşı da təcavüz aktı həyata keçirərdi”. Xatırladaq ki, bundan əvvəl Şimali Koreyada 5 nüvə sınağı baş tutub. Bu arada Roma Papası Fransisk Şimali Koreya-ABŞ gərginliyinin getdikcə təhlükəli həddə çatdığını bildirərək, qarşılıqlı anlaşma əldə olunması üçün üçüncü bir ölkənin vasitəçiliyinin vacibliyini vurğulayıb. “Euronews” xəbər verir ki, Qahirəyə səfərini başa çatdıraraq Vatikana yola düşən Papa təyyarədə jurnalistlərə müsahibəsində müharibənin xeyli insanın ölümünə səbəb olacağını diqqətə çatdırıb. “Müharibə başlayarsa dünya yox olar. İnsanların yarısı deyil, böyük hissəsi ölər. Bu, qorxulu mənzərədir. Münaqişənin tezliklə sülh yolu ilə həll olunması lazımdır”, - deyə Roma Papası bildirib.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb
24.09.2018
Şoyqu açıqladı: Rusiya Suriyaya S-300 kompleksləri göndərir
24.09.2018
Stokholmda Azərbaycan tədris kursları açılıb
24.09.2018
İranda törədilən terror aktı ilə əlaqədar matəm elan edilib
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info