Bədii gimnastika üzrə Dünya Kubokuna yekun vurulub
Tarix: 01.05.2017 | Saat: 23:28:00 | E-mail | Çapa göndər


Bakıda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bədii gimnastika üzrə Dünya Kuboku yarışlarına yekun vurulub. Milli Gimnastika Arenasında keçirilən dünya kubokunun üçüncü - sonuncu günündə fərdi gimnastların halqa, top, gürzlər və lentlə, eləcə də qrup komandalarının 5 halqa, 3 top və 2 iplə hərəkətlər üzrə final yarışları oynanılıb. Turnirdə 21 ölkədən 94 gimnast mübarizə aparıb. Onlardan 34-ü fərdi proqramda, 58 nəfəri isə, ümumilikdə, 10 qrup hərəkətləri komandasının tərkibində çıxış edib. Fərdi yarışlarda rusiyalı gimnastlar Aleksandra Soldatova topla, Arina Averina halqa ilə, israilli Viktoriya Vaynberq-Filanovski gürzlərlə, Bolqarıstan gimnastı Neviana Vladinova isə lentlə çıxışda qızıl medala sahib olublar. Qrup komandalarının yarışında 5 halqa ilə çıxışda İtaliya millisi, 3 top və 2 iplə mübarizədə isə ukraynalı gimnastlar birinci olublar. Mükafatlandırma mərasimdə Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov, Beynəlxalq Gimnastika Federasiyasının (FIG) texniki nümayəndəsi Daniela Dellekyai və bədii gimnastika üzrə Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasileva iştirak ediblər




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Monqolustan Prezidenti cüdo üzrə dünya çempionatının yarışlarına baxıb
25.09.2018
Cüdo üzrə dünya çempionatında daha iki çəkidə qalib və mükafatçılar müəyyənləşib
25.09.2018
Cüdoçumuz Elmar Qasımov dünya çempionatına qələbə ilə başlayıb
25.09.2018
“Barselona” Serxio Buskets ilə yeni müqavilə imzalayıb
25.09.2018
Azərbaycan şahmatçıları 43-cü Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə başlayıblar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info