1 Mayı qeyd edənlərdə 17 qumbara tapıldı
Tarix: 01.05.2017 | Saat: 23:49:00 | E-mail | Çapa göndər


Türkiyədə 1 May Əmək və Həmrəylik Günü qeyd edilir. Bu il İstanbulda əmək gününün qeyd edilməsi üçün Bakırköy Xalq Bazarı meydanı ayrılıb. Bayram aksiyasında iştirak edəcək insanlar İncirli prospekti ilə Bakırköy Xalq Bazarı meydanına hərəkət edirlər.
Aksiyaçılar meydana buraxılmazdan əvvəl 3 dəfə yoxlamadan keçir. Meydana gələn qruplar arasında “Beşiktaş” klubunun tərəfdar qrupu “Çarşı” və “Fənərbağça” klubunun tərəfdar qrupunun üzvləri də var. “Fənərbağça” klubunun tərəfdar qrupunun üzvləri sinələrinə Gəzi parkı olaylarında həyatını itirən Berkin Elvan və Ali İsmayıl Korkmazın fotoşəkillərini vurublar. Ənənəvi olaraq, hər il müxtəlif qrupların Əmək və Həmrəylik gününü qeyd etməyə çalışdığı Taksim meydanına gələn yollar isə yerli vaxtla saat 05.00 radələrindən bağlanıb, meydan təzyiqli su maşınları və polis koridoru ilə əhatəyə alınıb. Ancaq Talimhane, Beşiktaş və Şişlidən Taksim meydanına daxil olmağa cəhd göstərən qruplar olub. Polis həmin qruplara müdaxilə edib, çoxlu sayda şəxs saxlanılıb. Bakırköydə qarşıdurma zamanı isə polis havaya atəş açıb.
"Reuters" artıq 200-dən çox nəfərin saxlandığı, aksiya iştirakçılarından 40 "Molotov kokteyli", 17 əl qumbarası, 176 fişəng aşkarlandığı barədə məlumat yayıb. Qeyd edək ki, hazırda Türkiyədə fövqəladə vəziyyət rejimidir.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
16.11.2018
Gürcüstanda seçkilər: xaricdən gələn səslər həlledici ola bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info