“Avropada liberal demokratiyaya qarşı laqeyd münasibət formalaşır”
Tarix: 01.05.2017 | Saat: 23:51:00 | E-mail | Çapa göndər


Britaniyanın keçmiş baş naziri Bleyr aktiv siyasətə qayıtdığını elan edib

Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyr aktiv siyasətə qayıdır.
Bu barədə “The Mirror” qəzeti yazıb. Qəzet yazır ki, keçmiş baş nazir həm “Brexit” prosesi, həm də Avropa İttifaqı ilə Böyük Britaniya arasına azad ticarətə dair razılaşmanın krallığa ziyan verə biləcəyini bildirib: “Brexit” prosesi mənə aktiv siyasətə qayıtmaq üçün motivasiya verib”. Bu ilin fevralında Toni Bleyr ölkəsinin Aİ-də qalmasını dəstəklədiyini bəyan edərək, xalqının “Brexit” qərarını dəyişmək hüququnun olduğunu bildirib.
Onu da qeyd edək ki, Bleyr iki ay əvvəl Avropada populizmə qarşı mübarizə məqsədilə yeni institut yaratdığını elan etmişdi. “Guardian” yazır ki, həmin vaxt qeyd edildi ki, bu, adi elmi-araşdırma mərkəzi deyil, yeni siyasi platforma olacaq. Artıq mart ayından etibarən Bleyrin yenidən siyasətə qayıtması üçün zəmin hazırlanırdı. Bleyrin yaratdığı institutun məqsədi qloballaşmanın nəticələrinə mədəni-iqtisadi etiraz nəticəsində genişlənən populizmə qarşı mübarizə üçün yeni strategiyalar hazırlamaqdır. “Avropanın müxtəlif ölkələrində liberal demokratiyaya qarşı laqeyd münasibət formalaşmağa başlayıb. Bu, çox narahatlıq verən tendensiyadır. Məsələn, artıq Fransada hər 3 gəncdən biri, demokratiyanın ən yaxşı idarəetmə forması olmasına şübhə etdiyini bildirir”- deyən Bleyr onu da vurğulayıb ki, populizmin qalib olmadığı ölkələrdə, məsələn, Hollandiyada belə yanaşma təsirsiz ötüşmür. Xatırladaq ki, Böyük Britaniyanın Aİ-dən çıxmasını nəzərdə tutan referendum ötən il iyunun 23-də keçirilib. Bu il martın 29-da Britaniya baş naziri Tereza Mey Aİ rəhbərliyini “Brexit”lə bağlı prosedurun başladığına dair rəsmi məktub göndərib. Böyük Britaniyanın baş naziri Tereza Mey ölkəsinin Avropa İttifaqından çıxması ilə bağlı bu qurumla danışıqların ağır olacağını bildirib. Avropa İttifaqı liderləri Böyük Britaniya ilə “Brexit” üzrə danışıqların vahid strategiya əsasında və sərt aparılmasını dəstəkləyiblər. Eyni zamanda britaniyalılara Avropa İttifaqı bazarına çıxışla bağlı yeni münasibətlərin tezliklə qurulacağına dair illüziyalara qapılmamaq tövsiyə edilib. T. Mey isə deyib ki, bütün bunlar Böyük Britaniya və Avropa İttifaqı arasında danışıqların sərt keçəcəyini göstərir. Eyni zamanda Böyük Britaniyanın baş naziri Brüsselin təklifləri xoşuna gəlməyəcəyi halda, danışıqları razılaşma əldə olunmadan dayandıracağını da vurğulayıb. “Brexit” üzrə danışıqların iyunun 8-dən tez başlayacağı gözlənilmir. İyunun 8-də Böyük Britaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək. Avropa Komissiyasının planına əsasən, Böyük Britaniya “Brexit” üzrə danışıqların başa çatmasından sonra 2019-cu ilin martında Avropa İttifaqını tərk etməlidir.
Anar




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info