UNEC xarici ticarətə kadr dəstəyi verəcək
Tarix: 02.05.2017 | Saat: 00:09:00 | E-mail | Çapa göndər


UNEC-in Elmi Şurasının növbəti iclası keçirilib. Elm və İnnovasiya Mərkəzinin direktoru, professor Sakit Yaqubov UNEC-in 2016-cı tədris ili üzrə elmi fəaliyyəti barədə məruzə edib.
Bildirib ki, UNEC alimləri hesabat dövründə dünya xidmətlər bazarının öyrənilməsinin nəzəri-metodoloji bazasını araşdırıb, beynəlxalq ticarətdə xidmətlərin müxtəlif təsnifat sistemlərini müqayisə ediblər. Tələbələrlə iş üzrə prorektor, dosent Səadət Qəndilova UNEC-də tələbələrlə aparılan işlər haqqında məlumat verib. Tələbə təşkilatlarının fəaliyyətindən, UNEC tələbələrinin təşəbbüsü ilə həyata keçirilən uğurlu layihələrdən, bilik yarışlarından bəhs edib. Rektor, professor Ədalət Muradov tələbələrin elmi fəaliyyəti və sosiallaşması istiqamətində səylərin artırılmasının önəmini vurğulayıb. Tələbələrin stimullaşdırılması məqsədilə elmi fəaliyyəti ilə fərqlənənlərin yekun dövlət attestasiyasından azad ediləcəyini bildirib. Bu qaydalar elmi fəaliyyətin populyarlaşdırılmasına yönələn “I UNEC Science Slam” müsabiqəsinin qaliblərinə də şamil ediləcək. Yeni tədris ilindən etibarən UNEC-də kurs işləri də ləğv olunacaq. Şurada Prezidentin sədrliyi ilə Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsindən irəli gələn məsələlərə diqqət çəkilərək bildirilib ki, ölkə başçısının qarşımıza qoyduğu hədəflərə və ixracyönümlü müəssisələrin sahibkarlarına universitet səviyyəsində dəstək göstərilməsi üçün yeni ixtisasların yaradılması zərurəti ortaya çıxıb. Bu məqsədlə UNEC-də Beynəlxalq ticarət və logistika ixtisasının açılmasına qərar verildiyi vurğulanıb. UNEC-də “Digital Marketinq Mərkəzi”nin də fəaliyyətə başlayacağı bildirilib. İxracatçılara dəstək məqsədi ilə yaradılan mərkəz ölkənin digital marketinq bazarı barədə dövri hesabatlar hazırlayacaq, xarici bazarları araşdıracaq və sifarişlər əsasında diaqnostikalar aparacaq. Eyni zamanda, “İxracatçılara Dəstək Mərkəzi”nin yaradılmasına dair qərar verilib. Yeni tədris ilindən UNEC-ə qəbul həm DİM-in keçirdiyi qəbul imtahanları, həm də beynəlxalq SAT imtahanı əsasında aparılacaq. UNEC-də Multikulturalizm Mərkəzi yaradılacaq. Mərkəzdə UNEC professorları və tələbələri bir araya gələrək, milli-mənəvi dəyərlərimizin öyrənilməsi, təşviq edilməsi istiqamətində faydalı layihələr həyata keçirəcəklər. Elmi Şurada həmçinin keyfiyyətin idarəetmə sistemi haqqında qaydalar, metodiki vəsaitlərin antiplagiat proqramından keçirilməsi, o cümlədən Beynəlxalq Əməkdaşlıq Departamentinin yeni strukturu və əsasnaməsi təsdiqlənib. Departamentə mayın sonuna qədər Moskva və Kiyev şəhərlərində UNEC-in ofislərinin açılması barədə tapşırıq verilib. UNEC ofislərin yaradılmasında məqsəd bu ölkədə yaşayan həmvətənlərimizin övladlarına İqtisad Universitetində təhsil almağı daha da əlçatan etməkdir.
Anar




 
Bölməyə aid digər xəbərlər
18.02.2019
Qaradağlı faciəsinin şahidi: həmin günlər yadıma düşəndə dəhşətə gəlirəm
17.02.2019
Ölkə ərazisində hava şəraiti dəyişəcək, yağış və qar yağacaq
15.02.2019
“Strateji Menecment Məktəbi” layihəsinin təlimləri başa çatıb
15.02.2019
Neftçalakı günərzi qayğı mərkəzində uşaqlara reabilitasiya yönümlü sosial xidmətlər göstərilir
15.02.2019
Aldığınız məhsulu barkod ilə necə yoxlaya bilərsiz?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info