ABŞ FTB-sinin əməkdaşı “İŞİD” terrorçusuna ərə gedib
Tarix: 02.05.2017 | Saat: 15:09:00 | E-mail | Çapa göndər


ABŞ Federal Təhqiqat Bürosunun (FTB) əməkdaşı “İŞİD” terrorçusuna ərə gedib.
 
APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, terrorçu Denis Kaspert barədə təhqiqat aparmaq tapşırığı alan tərcüməçi Daniela Qrin onunla ailə qurub.
 
D. Qrin Suriyaya getdiyi barədə FTB-ya yanlış məlumat verib və Denis Kasperti təhqiqat barədə məlumatlandırıb. Onlar 2014-cü ildə evləniblər. Məlumata görə, bir neçə həftə sonra D.Qrin səhvini anlayıb və ABŞ-a qayıdarkən həbs edilib. İstintaqla əməkdaşlıq etməyə razılıq verən D. Qrin iki il müddətinə azadlıqdan məhrum edilib. Keçən ilin yayında o, azadlığa buraxılıb.
 
2015-ci ilin oktyabrında isə CNN telekanalı 39 yaşlı Kaspertin ABŞ-nın hava zərbələri zamanı Suriyada zərərsizləşdirildiyini açıqlayıb. Bundan əvvəl Dövlət Departamenti Kasperti xüsusilə təhlükəli beynəlxalq terrorçular siyahısına daxil edib.
 
İstintaqın məlumatına görə, sabiq almaniyalı repçi D.Kaspert 2012-ci ildə “İŞİD” sıralarına qoşulub. O, qruplaşmaya yeni üzvlərin cəlbi və təbliğat işləri ilə məşğul olub. Bir neçə dəfə “İŞİD”-in çəkdiyi video çarxlarda yer alan D. Kaspert çarxlardan birində əlində kəsilmiş insan başı tutub.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər
12.11.2018
Misirdə sosial şəbəkələrdə yanlış informasiya yayanlar cəzalanacaq
11.11.2018
Türkiyə HHQ İraqın şimalında 14 terrorçunu məhv edib
11.11.2018
İranın xarici işlər nazirinin maraqlı “tviti”
10.11.2018
Angela Merkel antisemitizmin artmasına görə narahatdır

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info