İsa Həbibbəyli: “Türkiyə yeni inkişaf göstəricilərinə imza atacaq”
Tarix: 02.05.2017 | Saat: 16:17:00 | E-mail | Çapa göndər


“Türkiyə inkişaf etmiş demokratik dövlətdir. Ölkədə respublika tipli dövlət quruluşunun böyük təcrübəsi var. Qarşıdakı illərdə Türkiyədə cümhuriyyət üsuli-idarəsi qurulmasının bir əsrlik tarixi tamam olacaq. Ötən yüz ilə yaxın dövrdə Türkiyə Cümhuriyyətində dəfələrlə demokratik seçkilər keçirilib və cəmiyyəti irəli aparan bu seçkilər beynəlxalq miqyasda qəbul olunub”. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli bildirib. Akademik vurğulayıb ki, Türkiyə Cümhuriyyəti ilk dəfə ümumxalq səsverməsi əsasında Prezident seçkilərini həyata keçirib. Aprelin 16-da referendumunun uğurla başa çatdırılması Türkiyə Cümhuriyyətinin mühüm nailiyyəti sayılmağa layiqdir. Bu seçki göstərdi ki, Türkiyə Cümhuriyyətində dövlətçiliyin və hakimiyyətin mənbəyi xalqdır. Bir qədər əvvəl baş vermiş dövlət çevrilişi cəhdindən sonra keçirilmiş referendum türk xalqının müasir Türkiyə dövlətini müdafiə etdiyini göstərdi.
Təəssüf ki, bəzi Qərb dövlətləri Türkiyədəki inkişafa qısqanc münasibət bəsləyir, bu ölkənin dünyadakı nüfuzundan sarsıntı keçirirlər. Avropa Şurası Parlament Assambleyasının “Türkiyədə demokratik təsisatların fəaliyyəti” haqqında qəbul etdiyi qətnamənin real əsası yoxdur. Türkiyənin yenidən monitorinq altına alınması bu ölkəyə qarşı qeyri-obyektiv münasibəti ifadə edir. Bu, açıq-aşkar Türkiyə Cümhuriyyətinin inkişafına maneçilik törətmək deməkdir. Avropa Şurası Parlament Assambleyasının qətnaməsi Türkiyədə referenduma “hə” demiş milyonlarla seçicinin haqlarına hörmətsizlikdir. Bu, nəticə etibarilə demokratiyanın deyil, terrorçuluğun, separatçılığın dəstəklənməsi deməkdir. Bu, Avropa dövlətlərində türk-müsəlman dünyasına qarşı yönəldilmiş ikili standartların növbəti açıq təzahürüdür. Avropa Şurası Parlament Assambleyası tələsik qəbul edilmiş ədalətsiz qətnaməsinə yenidən baxmalı, Türkiyə Cümhuriyyətinə qərəzli münasibət aradan qaldırılmalıdır. Haqsız təzyiqlərə baxmayaraq, Türkiyə Cümhuriyyəti xalqın iradəsi ilə irəli getməkdə davam edəcək, yeni inkişaf göstəricilərinə imza atacaq.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“ADEX-2018” müdafiə sərgisində 29 ölkədən 224 şirkət iştirak edəcək
24.09.2018
Diaspor təşkilatları əməkdaşlığı gücləndirirlər
24.09.2018
Dövlət Sərhəd Xidməti Akademiyasında kursantların andiçmə mərasimi keçirilib
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info