“Bu il əmək bazarına 108500 gənc daxil olacaq“
Tarix: 02.05.2017 | Saat: 16:21:00 | E-mail | Çapa göndər


"Bu il əmək bazarına 108500 gənc daxil olacaq"
"Hər il Azərbaycanın əmək bazarına 100 mindən çox gənc daxil olur. Proqnozlara əsasən 2017-ci ildə ölkənin əmək bazarına 108 min 500 gənc daxil olacaq. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
 
Nazir bildirib ki, əmək bazarına daxil olan gənclərdən 69 mindən çoxu ali təhsilli, orta ixtisas və peşə təhsilli gənclərdir: "Əmək bazarına daxil olan insanların 39 min 500-ə yaxını tam orta təhsilli və aşağı təhsil səviyyəsinə malik olan gənclərdir. Onların əmək bazarında yerləşdirilməsi, mövcud iş yerləri ilə təmin olunması Azərbaycan prezidentinin daim diqqət mərkəzində olan çox vacib məsələlərdən biridir", - deyə o qeyd edib.
 
S.Müslümovun sözlərinə görə, ölkə üzrə işsizlik səviyyəsi 5% ətrafında olduğu halda, gənclərin 9%-i işsizdir: "Azərbaycanda gənc əhali ölkə əhalisinin təqribən 29%-ini təşkil edir. Bu, nəinki Şərqi Avropa, keçmiş MDB dövlətləri arasında da ən yüksək göstəricidir".
Tural




 
Bölməyə aid digər xəbərlər
24.05.2019
Tikinti mühəndisi vəzifəsinə işçi axtarılır
24.05.2019
“Gilan Holding“ işçi axtarır
24.05.2019
Bank mütəxəssis axtarır
24.05.2019
Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün inşa edilən 96 mənzilli yaşayış binasında son tamamlama işləri aparılır
23.05.2019
Qubada Qarabağ müharibəsi əlilləri üçün tikilən bina rabitə xidmətləri ilə təmin olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info