“Thomson Reuters”-ın Rusiya ofisinin baş redaktoru BANM-də
Tarix: 02.05.2017 | Saat: 16:23:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbində (BANM) rektor Elmar Qasımov və “Thomson Reuters”-ın Rusiya ofisinin məhsul bazarı üzrə baş redaktoru Aleksandr Yerşov arasında görüş keçirilib. Görüş zamanı BANM-in rektoru Elmar Qasımov Aleksandr Yerşovu ali məktəbdə görməkdən məmnunluğunu ifadə edib. Rektor ali məktəbin yaranma tarixi, 5 il ərzində əldə etdiyi nailiyyətləri, mühəndis kadrların hazırlanmasında tətbiq olunan müasir tədris proqramları və texnologiyaları, tələbələr üçün SOCAR-ın müəssisələrində, Azərbaycanda fəaliyyət göstərən transmilli şirkətlərdə, həmçinin yerli müəssisələrdə istehsalat təcrübəsi haqqında bəhs edib.
Öz növbəsində, Aleksandr Yerşov Bakıdakı qısa müddətli səfər zamanı Azərbaycanın ən qabaqcıl ali təhsil müəssisəsi olan BANM-də qonaq olmasından şad olduğunu bildirib. O, qeyd edib ki, təmsil etdiyi agentlik 100-dən çox ölkədə fəaliyyət göstərən və 60 mindən çox işçisi olan beynəlxalq korporasiyadır. Hazırda dünyanın yeddi mindən çox aparıcı universiteti, elmi-tədqiqat institutları, hökumət təşkilatları, habelə, özəl şirkətləri “Thomson Reuters” korporasiyanın xidmətlərindən faydalanır. Bildirilib ki, Türkiyə, Rusiya, Qazaxıstan və başqa ölkələrin korporasiyanın xidmətlərindən istifadəsi sayəsində bu dövlətlərin elm tutumlu nəşrlərinin sayı və elm sahəsində rəqabətə davamlılıq qabiliyyəti əsaslı şəkildə yüksəlib. Aleksandr Yerşov vurğulayıb ki, bütün bunlar “Thomson Reuters” ilə əməkdaşlığın səmərəliliyini təsdiqləyir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10125

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info