Oqtay Əsədov: “AŞPA-nın Türkiyə ilə bağlı qərarı haqsızdır”
Tarix: 02.05.2017 | Saat: 16:41:00 | E-mail | Çapa göndər


Milli Məclisin plenar iclasında AŞPA-nın yaz sessiyasında Türkiyənin postmonitorinqdən çıxarılaraq yenidən monitorinq altına alınması ilə bağlı qərarı müzakirə edilib. Gündəlikdəki məsələlərin müzakirəsindən əvvəl sədr Oqtay Əsədov bu məsələyə toxunub. Türkiyənin Avropa Şurasını təsis edən dövlətlərdən biri olduğunu xatırladan spiker AŞPA -nın bu qərarını tənqid edib: “13 il öncə Türkiyə monitorinq prosesindən çıxarılsa da, yenidən postmonitorinqdən monitorinqə keçirilməsi barədə qərar verildi. Bununla bağlı bizim AŞPA -dakı nümayəndə heyətimiz sərt çıxış etdi, bu haqsız qərara öz etirazını bildirdi”.
Sonra spiker Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidova söz verib.
 S. Seyidov bildirib ki, Türkiyə ilə bağlı hazırlanan məruzə bütövlükdə qəbulolunmazdır: “AŞPA-nın yaz sessiyası əvvəlkindən çox fərqlənir. Assambleyada ikili standartlar var, Türkiyə və Azərbaycana hansısa başqa prizmadan baxılır. Yaz sessiyasında bu, pik həddinə çatdı. Bu gün Avropada islamofobiya, radikalizm halları güclənməkdədir. Türkiyəyə qarşı verilən bu qərar da islamofobiyanın, radikalizmin bir elementidir. AŞPA postmonitorinqdən monitorinqə keçirməklə, bütövlükdə Türkiyəni Avropadan ayırmağa nail olmaq istəyir. Təəssüf ki, AŞPA -dakı sağlam qüvvələrin və Türkiyə nümayəndə heyətinin mövqeləri qəbul olunmadı. Nəticədə bu qərar verildi”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Müxalifət kütləvi aksiyaları idarə edə bilmir
22.02.2019
Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
21.02.2019
Levan Çixeidze: Gürcüstan parlamenti Xocalı soyqırımını rəsmən tanımalıdır
21.02.2019
Müxalifət mitinqlərlə bağlı məsuliyyətdən niyə qaçır?
21.02.2019
Валентина Терешкова: не любить Азербайджан невозможно!

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info