“AŞPA böyük böhran içərisindədir”
Tarix: 02.05.2017 | Saat: 17:16:00 | E-mail | Çapa göndər


AŞPA-nın yaz sessiyasında Türkiyənin post-monitorinqdən sonra montorinqə keçirilməsi ilə bağlı qəbul edilən qərar ikili standartların aydın təzahürüdür.
Bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Milli Məclisin plenar iclasında deyib.
S.Seyidov bildirib ki, AŞPA-nın bu dəfə keçirilən yaz sessiyası digər sessiyalardan fərqləndi: “Biz uzun müddətdir ki, prosesləri müşahidə edir, Avropada irqçilik, islamofobiyanın baş alıb getdiyini görürük. Avropada müsəlman ölkələrinə qarşı ikili standarları konkret ölkələrin siyasətində, təşkilatların bəyanatlarında görüb, hiss etmək mümkündür."
Millət vəkili qeyd edib ki, bu problem, xüsusilə də Avropada qaçqın və məcburi köçkünlər artdıqca özünü göstərməyə başlayıb: “AŞPA-da belə tendensiyaları bir neçə ildir hiss edirik. Ümumiyyətlə, orada Türkiyə, Azərbaycana olan münasibətlərə başqa prizmadan baxılır. Lakin budəfəki yaz sessiyası bu münsaibətlərin pik həddinə çatmasını göstərdi. İclasda Türkiyə ilə bağlı ədalətsiz məruzə təqdim olundu. Məruzə ilə tanış olduqda bunun qəbuledilməz olduğunu görmək mümkün idi”.
S.Seyidov deyib ki, AŞPA-da Türkiyə ilə bağlı məruzədə PKK terrorçu təşkilat kimi təqim olunmur: “Bu azmış kimi, ötən il Türkiyədə baş verən çevriliş cəhdi terror hadisəsi kimi qiymətləndirilmir. Türkiyənin bütün nümayəndə heyəti - həm iqtidar, həm də müxalifət nümayəndələri AŞPA-nın qərarının əleyhinə çıxış edərək bəyan etdilər ki, AŞPA-nın Türkiyənin post-monitorinqdən sonra montorinq altına alınması ilə bağlı qərarı Türkiyəni Avropadan ayırmaq, eləcə də həm Türkiyə, həm də Avropada daha çox problemlərin yaranmasına istiqamətlənən addımdır. Buna baxmayaraq, AŞPA-nın iclasında Türkiyə nümayəndə heyətinin bəyanatı nəzərə alınmadı”.
Deputat əlavə edib ki, Avropada ikili standarlar budəfəki iclasda özünü daha da büruzə verdi: “Bu onu göstərir ki, AŞPA böyük böhran içərisindədir. Bunun də səbəbi orada destruktiv, Azərbaycan və Türkiyəyə qarşı qüvvələrin olmasıdır. Belə ikili standartların mövcudluğu nəinki bizə, eləcə də Avropada böyük təhlükə yaradır. Bütün bunlar Azərbaycan-Avropa, Avropa-Şərq, eləcə də Avropa-Türkiyə münasibətlərinə böyük ziyan vurur”.
Fuad




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Humanist addıma kölgə salmaq istəyənlər uğursuzluğa məhkumdur
16.11.2018
İlqar Orucov: Bu gün Azərbaycanı dünyada uğurla təbliğ edən yüksək hazırlıqlı gənclər ordusu formalaşıb
16.11.2018
Koordinasiya Şurası Türkiyə Səfirliyi ilə əməkdaşlığı genişləndirir
16.11.2018
Ramiz Mehdiyevin “Dağlıq Qarabağ – məxəzlərdən oxunmuş tarix” kitabı: bilinməyən həqiqətlərin tarixi təsdiqi
16.11.2018
Türkiyədə daha bir Xocalı abidəsinin açılışı olub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10487

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info