Bugünkü hərracda 16 əmlak özəlləşdirilib
Tarix: 02.05.2017 | Saat: 19:04:00 | E-mail | Çapa göndər


Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib. Komitədən "APA-Economics"ə verilən məlumata görə, hərracda özəlləşdirilən əmlaklardan 5-i kiçik dövlət müəssisəsi, 11-i istifadəsiz qeyri yaşayış sahəsidir. Bakı şəhəri üzrə 2 kiçik dövlət müəssisəsi, 3 istifadəsiz qeyri-yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 3 kiçik dövlət müəssisəsi və 8 istifadəsiz qeyri-yaşayış sahəsi hərrac zamanı özəlləşdirilib.
Budəfəki hərracda özəlləşdirilən ən yüksək qiymətə özəlləşdirilən əmlak Sabunçu rayonunda yerləşən ictimai iaşə obyekti olub. Belə ki, adıçəkilən əmlak 220 min manata özəlləşdirilib.
Bundan başqa, paytaxtın Xəzər rayonunda yerləşən Tibb məntəqəsi də qiyməti ilə digərlərindən fərqlənir. Özəlləşdirilən həmin əmlakın qiyməti 190 min manatdır. Ümumi faydalı sahəsi 1 179 kvadratmetr, torpaq sahəsi isə 4 632 kvadratmetr təşkil edir.
Özəlləşdirilən kiçik dövlət müəssisələrindən 2-si paytaxtın Sabunçu və Xəzər rayonlarında, 1-i Gəncə, 1-i Cəlilabad, digər isə Mingəçevirdə yerləşir.
Hərracda özəlləşdirilmiş istifadəsiz qeyri-yaşayış sahələrindən 3-ü paytaxtın Suraxanı, Yasamal, Nizami rayonlarında, 3-ü Qubada, digərləri isə Sumqayıt, Sabirabad, Lənkəran və Ağdaşda yerləşir. İstifadəsiz qeyri-yaşayış sahələrindən ən yüksək qiymətə özəlləşdirilən əmlak 60 min manat olub. Ümumi faydalı sahəsi isə 24 kvadratmetr təşkil edib. Budəfəki hərrac da özəlləşdirilən belə əmlakların ümumi faydalı sahəsi 9 kvadratmetr ilə 110 kvadratmetr, qiymətləri isə 1 500 manatla 60 min manat arasında dəyişib. Keçirilən hərracların nəticələri ilə bu linkdən tanış olmaq olar.
Keçirilən hərraclar daşınmaz əmlak bazarında dinamikaya, müəssisələrin fəaliyyətinin genişlənməsinə, istehsal həcminin atmasına, kadr potensialının formalaşmasına, yeni iş yerlərinin açılmasına şərait yaradır. Mühüm üstünlük isə belə daşınmaz əmlakların hərracda özəlləşdirilməsindən qısa müddət sonra mülkiyyət hüquqlarının dövlət qeydiyyatı barədə reyestrdən çıxarış sənədi ilə təmin olunmasıdır.
Hərracların elanı, gedişatı və nəticələri barədə isə komitənin saytı, özəlləşdirmə portalı, eləcə də "Facebook" sosial şəbəkəsindəki rəsmi səhifə və "Privatization.az" səhifəsi vasitəsilə əhaliyə mütəmadi məlumatlar verilir.
Komitə tərəfindən növbəti belə hərrac 10 may tarixində keçiriləcək. Hərraca çıxarılan əmlaklarla bu linkdə tanış olmaq olar.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.12.2018
Gədəbəyin 8 yaşayış məntəqəsinə təbii qaz verilib
18.12.2018
72 nəfər Naxçıvana müalicə müəssisələrinə göndərilib
18.12.2018
423 vərəsəyə birdəfəlik ödəmənin verilməsi üçün qərar qəbul edildi
18.12.2018
30-dan çox müəssisə 270 vakant iş yeri təklif edib
18.12.2018
Bu il 41 rayondan olan 151 fermerə 10 milyon manat kredit verilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10529

1 Anara Hacıbəyli Pirallahı rayonunda YAP ərazi təşkilatının sədri seçilib
2 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
3 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
4 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
5 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info