“Müxalifətin seçkilərdə vahid namizədlə iştirakına inanmıram”
Tarix: 20.04.2013 | Saat: 00:47:00 | E-mail | Çapa göndər


Prezident seçkiləri yaxınlaşdıqca müxalifət partiyalarında, xüsusən ənənəvi müxalifətin sıralarında vahid namizədlə seçkilərdə iştirak etmək yollarının axtarışı artıq dalana dirənmək üzrədir.
Hazırda mövcud olan böhran vəziyyətindən çıxış kimi müxtəlif variantlar axtarışına çıxan “ictimai palata”da və digər müxalifət qurumlarında birləşən partiyalar vahid namizədlə seçkilərdə iştirak etməyin fəsadlarının ola biləcəyindən çəkinirlər. Müsavatçı Mustafa Hacıbəylinin problemlə bağlı səsləndirdiyi son fikir də bundan xəbər verir. Göründüyü kimi ənənəvi müxalifətin əvvəlki bəyanatları ilə indiki bəyanatları üst-üstə düşmür. Əvvəl vahid namizədlə çıxış edəcəklərini bildirən partiyalar indi bir neçə namizədlə seçkidə iştirak etməyə məcbur olurlar. Çünki həm vahid namizədin kimliyi müəyyənləşməyib, həm də həmin namizədin qoyulan tələblərə cavab verə biləcəyi və seçki zamanı minimum səsi toplaya biləcəyi sual altındadır. Vahid namizədlə seçkilərdə iştirak onsuzda vəziyyəti gərgin olan bu partiyaların nüfuzunu bir az da aşağı salar. Aydınlıq Partiyasının sədri Qulamhüseyn Əlibəyli mövzu ilə bağlı qəzetimizə verdiyi açıqlamada müxalifətin vahid namizədlə qarşıdan gələn prezident seçkilərində iştirak edə biləcəyinə inanmadığını bildirdi və fikrini belə əsaslandırdı: “Müxalifət özü çoxlu sayda hissələrdən ibarət olduğu üçün burada təmsil olunan partiyaların prezident seçkilərində vahid namizədlə iştirak etməsi mümkün deyil. Ola bilsin ki, bir neçə namizəd olsun və onların ətrafında müxtəlif seçki blokları yaradılsın, lakin vahid namizəd məsələsinə inamıram”.
Ənənəvi müxalifətin seçkilərdə vahid namizədlə iştirak etməsinin fəsadlarının ola biləcəyi ilə bağlı düşərgə təmsilçilərindən səslənən son fikirlərə də öz münasibətini bildirən Qulamhüseyn bəy bu fikirlə razılaşmadığını bildirdi: “Müxalifətin seçkilərdə vahid namizədlə iştirak etməsinin hansısa fəsadlara yol aça biləcəyi fikri ilə razılaşmıram. Çünki vahid namizəd məsələsini seçkidən sonraya da saxlamaq mümkündür.”
Söhrab İSMAYIL




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Liberman Azərbaycanın İsrail üçün strateji əhəmiyyətini və geosiyasi zəruriliyini etiraf edib
19.09.2018
Çin xarici işlər naziri: “Azərbaycan dünyada ciddi nüfuzu ilə seçilən dövlətə çevrilib”
19.09.2018
Omanın Dövlət Şurası sədrinin Azərbaycana səfəri başlayıb
19.09.2018
“Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”
19.09.2018
Nazirlər Kabinetinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info