Rusiya Diplomatik Akademiyasında Azərbaycan haqqında məruzə dinlənilib
Tarix: 02.05.2017 | Saat: 20:03:00 | E-mail | Çapa göndər


Rusiya Xarici İşlər Nazirliyi yanında Diplomatik Akademiyada keçirilən “XXI əsrdə beynəlxalq münasibətlərin transformasiyası: çağırışlar və perspektivlər” mövzusunda III Beynəlxalq elmi-praktiki konfransda Azərbaycanın müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunan məruzə dinlənilib.
Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru Nəcibə Mustafayevanın məruzəsində Azərbaycanın ötən müddətdə həyata keçirdiyi xarici siyasət və onun konseptual prinsipləri, beynəlxalq təşkilatlarda fəaliyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həlli məsələlərinə toxunub. Qeyd olunub ki, Azərbaycan bu gün həyata keçirdiyi müstəqil və balanslaşdırılmış xarici siyasət sayəsində regionda əhəmiyyətli layihələrin təşəbbüskarına, etibarlı tərəfdaşa çevrilib.
Konfransda beynəlxalq münasibətlər və xarici siyasət, beynəlxalq təhlükəsizlik, elmin, mədəniyyətin, təhsilin beynəlxalq münasibətlərdə rolu və digər mövzular ətrafında müzakirələr aparılıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.04.2019
Azərbaycanla dostluq və qardaşlıq əlaqələri daha da inkişaf etdiriləcək
17.04.2019
Minsk qrupu tərəfindən Paşinyanın bəyanatına reaksiyanın olmaması pis nəticələnə bilər
17.04.2019
ABŞ elə düşünməməlidir ki, Türkiyə onun bütün tələblərini qəbul edəcək
17.04.2019
Azərbaycanda İKT bazarı sürətlə inkişaf edir
17.04.2019
Demoqrafik keçid Azərbaycanda hamar olacaq

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10749

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Milli mədəniyyətimizin fədakar tədqiqatçısı və təmsilçisi Babək Qurbanov haqqında
5 Rusiya Prezidenti Krasnoyarskdakı Azərbaycan diaspor rəhbərini təltif edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info