Heydər Əliyev Fondu ilə Qazaxıstanın Birinci Prezident Fondu arasında memorandum imzalanıb
Tarix: 02.05.2017 | Saat: 20:06:00 | E-mail | Çapa göndər


Mayın 2-də Heydər Əliyev Fondu ilə Qazaxıstanın Birinci Prezident Fondu - Millətin Lideri arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. 
Heydər Əliyev Fondundan verilən məlumata görə, memorandumu Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və Qazaxıstan Respublikasının Birinci Prezident Fondunun - Millətin Liderinin icraçı direktoru Kanat Cumabayev imzalayıblar. 
Memorandum sosial, mədəniyyət, elm və təhsil sahələrində əməkdaşlığı əhatə edəcək. 
İmzalanma mərasimində, həmçinin Heydər Əliyev Fondu ilə Qazaxıstanın Birinci Prezident Fondu - Millətin Lideri arasına əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib. Bildirilib ki, bu əməkdaşlıq Azərbaycan və Qazaxıstan xalqları arasında əlaqələrin möhkəmlənməsinə xidmət edəcək, qarşılıqlı anlaşma və etimadın dərinləşməsinə töhfə verəcək. Qeyd edilib ki, gələcəkdə həm Heydər Əliyev Fondu, həm Qazaxıstanın Birinci Prezident Fondu arasında ikitərəfli əlaqələrin genişləndirilməsi istiqamətində işlər görüləcək, uğurlu layihələrə imza atılacaq. 
Hər iki fondun fəaliyyəti ümumilikdə eyni sahələri əhatə etdiyinə görə gələcəkdə birgə beynəlxalq layihələrin də reallaşdırılmasına nail olunacağı vurğulanıb. 
Daha sonra Qazaxıstan nümayəndə heyəti Heydər Əliyev Mərkəzindəki sərgi zalları və Heydər Əliyev Muzeyi ilə tanış olub. 
Səfər çərçivəsində qonaqlar Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzini də ziyarət edəcək, burada Fond tərəfindən həyata keçirilən layihələrlə tanış olacaqlar.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10487

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info