“Müxalifətyönümlü QHT-lər qeyri-hökumət təşkilatı yox, antidövlət təşkilatlarıdır”
Tarix: 20.04.2013 | Saat: 00:48:00 | E-mail | Çapa göndər


Hazırda bütün sivil dövlətlər vətəndaşlarla ünsiyyəti daha yaxşı qurmaq üçün vətəndaş cəmiyyəti qurumlarının, QHT-lərin inkişafına böyük önəm verirlər. Bu həm də dövlətlərin öz vətəndaşlarının problemlərini həll etməsi üçün effektiv vasitədir. Müxalifət və ya iqtidaryönlü olmasından asılı olmayaraq QHT-lərin əsas vəzifəsi vətəndaşın problemlərinin həll edilməsinə kömək olmalıdır. Bəs Azərbaycan müxalifətində təmsil olunan QHT-lərin hazırkı fəaliyyəti qənaətbəxşdirmi? Bu sahədə nə kimi problemlər var?
YAP Gənclər Birliyi Ofisinin rəhbəri Sərraf Balaxanın yanaşması belə oldu: “Müasir zamanın formalaşdırdığı cəmiyyətdə insanın qarşılaşdığı problemlərin həlli ilə yüzlərlə təsisatlar məşğul olurlar. Onların biri də Azərbaycan üçün Qərbə baxanda yeni olan vətəndaş cəmiyyəti institutlarıdır. Azərbaycanda bu kateqoriyadan olan təsisatlar dövlətimizin dünya birliyinə inteqrasiyası prosesində götürdüyü öhdəliklərin nəticəsində yaranmağa başladı. Bu proses ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi zamanda daha ümumi bir hal aldı və QHT-lərin yaranması prosesi daha da sürətləndi. Son dövrlərdə isə bu tipli təsisatların daha da genişləndirilməsi və onların fəaliyyəti üçün Azərbaycan dövləti bütün şəraiti yaratdı. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ölkəmizdə bu sektorun inkişafı üçün ən böyük töhfə oldu.
Azərbaycanda QHT fəaliyyəti qanunla tənzimlənir. Bu qanuna əsasən onların məşğul olacaqları istiqamət ancaq ictimai və sosial sahəni əhatə etməlidir. Ölkəmizdə bu istiqamətlərdə fəaliyyət göstərən, vətəndaşların problemlərinin həlli istiqamətində çalışan, onların maarifləndirilməsi üçün layihələr həyata keçirən çoxlu sayda təşkilatlar vardır.
Lakin bir məsələni də qeyd etmək lazımdır ki, Azərbaycanda hüquqi statusu QHT olan, lakin fəaliyyətində siyasiləşdiyi açıq-aydın müşahidə edilən təşkilatlar da var. Bunların əksəriyyəti hazırda Azərbaycanda hakimiyyətə deyil, dövlətçiliyə qarşı müxalifətdə olan partiyaların əlaltıları kimi fəaliyyətdədirlər.
Onlar da kölgəsi olduqları müxalif partiyaların məqsəd və məramlarını əldə rəhbər tutaraq özlərini insan haqlarını müdafiə edən təşkilatlar kimi təqdim edirlər. Mən deyərdim ki, əsas işləri xarici donorlardan aldıqları qrantları öz şəxsi məqsədləri naminə xərcləməkdən ibarətdir. Bu təşkilatlar əgər insan haqlarının qorunması ilə məşğul olurlarsa, indiyə qədər niyə yaşamaq hüquqları işğalçı Ermənistan dövləti tərəfindən pozulmuş, yaxınları qəddarlıqla qətlə yetirilmiş bir milyondan artıq vətəndaşımızın pozulan hüquqları haqqında bir toplantı keçirməyiblər? Onların haqlı şikayətlərini beynəlxalq məhkəmələrə çıxarmayıblar?
Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikasının Qanunun 22 maddəsində qeyd edilir ki, “Qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan və qeyri-hökumət təşkilatının nizamnaməsində nəzərdə tutulan məqsədlərə zidd olmayan, ölkə daxilində və xaricdə hər hansı fəaliyyət növünü həyata keçirə bilər. Kənardan baxanda müxalifət partiyalarına xidmət edən bu QHT-lərin qanuna zidd fəaliyyət göstərmədiyini görürsən, lakin gördükləri işin Azərbaycan üçün nəticələrinə baxdıqda tamam başqa mənzərə yaranır. Bunların pozulmuş insan haqları, siyasi məhbus məsələləri ilə bağlı qaldırdıqları məsələlər öz donorları tərəfindən xarici mətbuata ötürülərək dövlətimizin haqqında mənfi imic formalaşmasına yardım edir. Dolayısı ilə bu təşkilatlar öz fəaliyyətləri ilə hakimiyyətin deyil, Azərbaycan dövlətinin adına qarayaxma kampaniyasına qoşularaq pul qazanırlar.
Hələ bu qəhrəmanlıqlarına görə mükafatlar da alırlar. Müxalifətin kölgəsi olan belə QHT-lərin fəaliyyətini izləyərkən məlum olur ki, onlar əslində ictimai deyil siyasiləşmiş institutlardır. Bu təşkilatlar Qeyri-şökumət Təşkilatı olmaqdan daha çox, antidövlət təşkilatlarıdır.”
QHT Əməkdaşlıq Alyansının baş katibi, Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədov isə verdiyi açıqlamada QHT-lərin dövlət qeydiyyatından keçərkən üzərlərinə götürdükləri öhdəliklərə və dövlətin QHT-lərə münasibətinə toxundu: “Hazırkı mərhələdə dövlətin QHT-lərə münasibəti dəyişib. QHT nümayəndələri ilə keçirilən görüşdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxışında QHT-lərə qarşı əvvəllər etimadsızlığın olduğunu, lakin indi hökumətin problemlərin həllində bu təşkilatları tərəfdaş kimi gördüyünü deyib. Ölkəmizdəki bütün digər QHT-lər kimi müxalifətdə təmsil olunan QHT-lər Ədliyyə Nazirliyində qeydiyyatdan keçərkən dövlətçilik əleyhinə fəaliyyət göstərməyəcəkləri ilə bağlı öhdəliklər götürüblər. Sözügedən QHT-lər həmin öhdəlikləri pozduqları zaman ölkə qanunvericiliyi çərçivəsində hüquqi məsuliyyətə cəlb olunurlar.”
Söhrab İSMAYIL








 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib
14.11.2018
Daxili orqanlarında narkotik vasitə keçirmək istədilər
14.11.2018
“Xanoba“ gömrüyündə qızıl zərgərlik məmulatları keçirən şəxs saxlanılıb
14.11.2018
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info