Milli Qəhrəmanın qardaşı Beydulla Qurbanov təhsil haqqından azad olunub
Tarix: 02.05.2017 | Saat: 21:29:00 | E-mail | Çapa göndər


Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi Şurasında Milli Qəhrəman Çingiz Qurbanovun qardaşı Beydulla Qurbanovun təhsil haqqı məsələsi müzakirə olunub.
AzTU-dan APA-ya bildirilib ki, rektor əvəzi, Elmi Şuranın sədri Xalıq Yahudov Beydulla Qurbanovun universitetin Avtomatika və kompyuter texnikası (AKT) fakültəsində ödənişli əsaslarla oxuduğunu bildirib. Şəhid ailələrinə, Milli qəhrəmanlara və ailə üzvlərinə qayğı göstərilməsinin Azərbaycanın dövlət siyasətinin prioritetlərindən olduğunu deyən Xalıq Yahudov Şura üzvlərinə Beydulla Qurbanovun təhsil haqqının universitetin hesabına ödənilməsini təklif edib və qərar yekdilliklə qəbul olunub.
İclasda bildirilib ki, Milli Qəhrəmanın ailə üzvlərinə Bakının Xətai rayonunda 5 otaqlı mənzil və Qusar rayonunda ev tikmək üçün torpaq sahəsi verilib. Bundan əlavə onların digər sosial problemlərinin həlli də aidiyyəti dövlət orqanlarının nəzarətindədir.
Qeyd edək ki, Milli Qəhrəman Çingiz Qurbanov özü də Azərbaycan Texniki Universitetinin məzunu olub.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Yol Polisi sürücülərə müraciət edib
23.01.2019
Türkiyənin şəhid övladları Bakı Velotrekində
23.01.2019
Rudolf İvanov dünyasını dəyişib
23.01.2019
Gənclərin sayı sürətlə artır
23.01.2019
Yuyucu tozun içərisində narkotik vasitə və psixotrop maddə aşkarlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Əli Abdalov Mehman Hüseynovla barışıb
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info