Soçidə Merkel-Putin görüşü keçirilib
Tarix: 02.05.2017 | Saat: 23:54:00 | E-mail | Çapa göndər


Almaniya kansleri Angela Merkel Prezident Vladimir Putin ilə danışıqlar aparmaq üçün Rusiyaya səfər edib. İki lider arasında Soçidə görüş keçirilib. Kremlin mətbuat xidmətinin məlumatına görə, ikiillik fasilədən sonra yenidən Rusiyaya gələn Merkel Prezident Putin ilə iyul ayında Hamburqda keçiriləcək “Böyük iyirmilik” sammitinə hazırlıq məsələsini, Ukrayna, Suriya və Liviyadakı vəziyyəti müzakirə edib. Həmçinin ikitərəfli münasibətlər, energetika, ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlıq məsələləri də diqqət mərkəzində olub. Danışıqlardan sonra mətbuat konfransı keçirilib. Putin mətbuat konfransında bildirib ki, Suriya və Ukraynadakı vəziyyət əsas müzakirə mövzusu olub: “Beynəlxalq problemləri, o cümlədən Suriya böhranını və Ukraynadakı vəziyyəti müzakirə etdik”. Rusiya dövlət başçısı ölkəsinin G20 sədri Almaniyaya bütün zəruri yardımı göstərməyə hazır olduğunu vurğulayıb. Merkel çıxışında Putinlə danışıqların intensiv hal aldığını deyib: "Rusiya konstruktiv tərəfdaşdır." Kansler ikitərəfli, o cümlədən iqtisadi sahədə əməkdaşlıq məsələlərinin müzakirəsindən əlavə, tərəflərlərin Ukraynanın cənub-şərqindəki vəziyyəti müzakirə etdiyini vurğulayıb: "Vəziyyətin nizamlanması üçün Normand formatını dəstəkləməyə davam edəcəyik. Çətin prosesdir, çox zəif sürətlə irəli addımlayırıq. Bu mərhələdə əsas atəşkəs və barışığı bərpa etmək, sonrakı siyasi addımları müəyyənləşdirməkdir”. Kansler deyib ki, Almaniya terrorizmə qarşı birgə mübarizə çərçivəsində Rusiya ilə əməkdaşlıq imkanlarını nəzərdən keçirir.




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər
12.11.2018
Viqen Sarkisyan: “Ermənistanın KTMT rəhbərliyindən uzaqlaşdırılması yeni hökumətin uğursuzluğudur”
12.11.2018
Avropa Şurasında yerli idarəetmələr müzakirə olunub
12.11.2018
Yağışlar İranın Əhvaz şəhərində fəsadlar törədib
09.11.2018
“ArmenianReport”: “Rus dili bizə lazım deyil”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info