“Biz daha çox turistlərin gəlməsinə nail olmalıyıq”
Tarix: 03.05.2017 | Saat: 00:05:00 | E-mail | Çapa göndər


Turizm infrastrukturu və onun subyekti turizm sahəsində fəaliyyətə yalnız onun barəsindəki məlumatlar Dövlət Turizm Reyestrinin aktiv bölməsinə daxil edildikdən sonra başlayacaq. Bu barədə Milli Məclisin bugünkü plenar iclasında "Turizm haqqında" qanun layihəsinin müzakirəsi zamanı Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib. İki ilə yaxın müddətdə qanun layihəsi üzərində işin getdiyini deyən H.Rəcəbli bildirib ki, bununla bağlı 10-dək ölkənin təcrübəsi öyrənilib: "Prezident İlham Əliyev ölkədə əməktutumlu iş yerlərinin sayının artırılmasına töhfə verəcək turizm sahəsinin inkişafını prioritet elan edib. Bu sektorun stimullaşdırılması məqsədi ilə qanun layihəsində bir sıra müddəalar nəzərdə tutulub. Sənəddə turizmin müxtəlif növlərinin hüquqi tənzimlənməsi və inkişaf strategiyası əksini tapıb. Turizm sektoruna sərmayə qoyan sərmayədarlara güzəştlərin tətbiqi planlaşdırılır. Qanun layihəsində nəzərdə tutulan tədbirlərin icrası ilə turizm mövsümü anlayışı aradan qaldırılacaq, ölkədə turizm günlərinin sayı artacaq". Mədəniyyət və turizm nazir Əbülfəs Qarayev isə bildirib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da turizm sektorunun inkişafı prioritet istiqamətlərdən biri elan edilib. "Azərbaycanda Turizm Şurası yaradılıb. Şuranın tərkibində 18 dövlət orqanının nümayəndəsi çalışır. Biz Azərbaycana daha çox turistlərin gəlməsinə nail olmalıyıq. Qanun layihəsində yeni turizm zonalarının yaradılması, keyfiyyət baxımından yeniliklər, elektron turizm xidmətlərinin geniş tətbiqi üçün müvafiq tədbirlər əksini tapıb". Nazir əlavə edib ki, ölkəyə davamlı turist axınını təmin etmək üçün monitorinq aparılıb və Azərbaycana daha çox turistlərin gələ biləcəyi 15 ölkə müəyyən edilib: "Görülmüş tədbirlər nəticəsində bu ölkələrdən Azərbaycana gələn turistlərin sayı artıb. Belə ki, ötən ilin 3 ayı ilə müqayisədə bu ilin eyni dövründə ölkəyə gələn turistlərin sayı 25% artıbsa, müəyyən edilən 15 ölkədən Azərbaycana gələn turistlərin sayında 36%-lik artım qeydə alınıb".
Ə.Qarayev deyib ki, ölkədə digər sahələrdə olduğu kimi turizm sahəsində əlverişli biznes mühiti yaradılıb və bu sahədə fəaliyyət üçün heç bir lisenziya tələb edilmir. Bunu əsas gətirən nazir vurğulayıb ki, görülən və planlaşdırılan tədbirlər ölkədə turizmin inkişafına əhəmiyyətli dərəcədə təsir edəcək.
Millət vəkili Əli Məsimli isə turizm sektorunun inkişafı üçün ekoloji təmiz məhsul istehsalının genişləndirilməsinin vacibliyinə diqqət çəkib: "Bundan başqa, qanun layihəsində öz əksini tapmış bələdiyyələrə verilən səlahiyyətlər çox mühümdür. Amma bələdiyyələrin bu səlahiyyətlərini yerinə yetirilməsinə mane olunmamalıdır".
Müzakirələrdən sonra layihə birinci oxunuşda səsə qoyulub və qəbul edilib.
Qeyd edək ki, qanun layihəsinə əsasən nəzarət orqanı üç ayda bir dəfədən az olmayaraq Dövlət Turizm Reyestrinin aktiv bölməsindəki məlumatları rəsmi nəşrlərdə dərc edir, həmin bölmə isə müvafiq rəsmi İnternet səhifəsini daim yeniləşdirir. Turizm infrastrukturu və onun subyekti barədə məlumatın Dövlət Turizm Reyestrinin aktiv bölməsinə daxil edilməsi üçün uyğunluq-yoxlama komissiyası tərəfindən aparılan yoxlamanın nəticələrinə uyğun olaraq qərarın qəbul edilməsi, müraciət edən şəxsə bu qərarın bildirilməsi və həmin qərardan şikayət edilməsi qaydaları Dövlət Turizm Reyestrinin yaradılması (strukturlaşdırılması), aparılması və istifadəsi haqqında qaydalarda təsbit edilir. Turizm sahəsinin inkişaf etdirilməsi məqsədi ilə turizm fondları yaradıla bilər. Turizm fondları turizm sahəsində sahibkarlılığın güzəştli şərtlərlə maliyyələşdirilməsini həyata keçirir. Hər bir turizm fondunun himayə şurası həmin fondun daxili qaydalarını, o cümlədən maliyyə vəsaitlərinin ayrılması qaydalarını qəbul edir.
Qeyd edək ki, bu qanun Azərbaycanda turizm sahəsində dövlət tənzimləməsi, turizmin dövlət idarəetməsi və dövlət nəzarəti, turizm ehtiyatları, turizm fəaliyyətinin təşkili, turizm sahəsində təhlükəsizlik, maliyyə mənbələrinin təsnifatı, investisiya qoyuluşu və bu sahənin digər üsullarla stimullaşdırılması, sığorta və məlumatlandırma məsələləri ilə bağlı münasibətləri tənzimləyir.
Nigar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info