“AŞPA-nın Türkiyə ilə bağlı qərarı haqsızdır”
Tarix: 03.05.2017 | Saat: 00:06:00 | E-mail | Çapa göndər


Milli Məclisinin növbəti plenar iclası keçirilib. İclasda AŞPA-nın yaz sessiyasında Türkiyənin postmonitorinqdən çıxarılaraq yenidən monitorinq altına alınması ilə bağlı qərarı müzakirə edilib. Gündəlikdəki məsələlərin müzakirəsindən əvvəl sədr Oqtay Əsədov bu məsələyə toxunub. Türkiyənin Avropa Şurasını təsis edən dövlətlərdən biri olduğunu xatırladan spiker AŞPA -nın bu qərarını tənqid edib: “13 il öncə Türkiyə monitorinq prosesindən çıxarılsa da, yenidən postmonitorinqdən monitorinqə keçirilməsi barədə qərar verildi. Bununla bağlı bizim AŞPA -dakı nümayəndə heyətimiz sərt çıxış etdi, bu haqsız qərara öz etirazını bildirdi”. Sonra spiker Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidova söz verib.
S. Seyidov bildirib ki, Türkiyə ilə bağlı hazırlanan məruzə bütövlükdə qəbulolunmazdır: “AŞPA-nın yaz sessiyası əvvəlkindən çox fərqlənir. Assambleyada ikili standartlar var, Türkiyə və Azərbaycana hansısa başqa prizmadan baxılır. Yaz sessiyasında bu, pik həddinə çatdı. Bu gün Avropada islamofobiya, radikalizm halları güclənməkdədir. Türkiyəyə qarşı verilən bu qərar da islamofobiyanın, radikalizmin bir elementidir. AŞPA postmonitorinqdən monitorinqə keçirməklə, bütövlükdə Türkiyəni Avropadan ayırmağa nail olmaq istəyir. Təəssüf ki, AŞPA -dakı sağlam qüvvələrin və Türkiyə nümayəndə heyətinin mövqeləri qəbul olunmadı. Nəticədə bu qərar verildi”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info