Moldovada 9 may Avropa Günü kimi də qeyd olunacaqmı?
Tarix: 03.05.2017 | Saat: 00:10:00 | E-mail | Çapa göndər


Prezident Dodon parlamentin qəbul etdiyi qanunu imzalamaqdan imtina etdi, spiker qanunu yenidən qəbul edəcəklərini elan edib
Moldovada dövlət başçısı İqor Dodonla parlament və hökumət arasında qalmaqala, demək olar ki, hər gün yenisi əlavə olunur. Rusiya- yönümlü siyasəti ilə diqqət çəkən Dodonun hər qərarı Qərb yönümlü parlament spikeri və hökumət başçısı tərəfindən narazılıqla qarşılanır. İndi də tərəflər 9 may Qələbə Günü ilə bağlı üz-üzə gəliblər.

Parlament belə bir qərar qəbul edib ki, bundan sonra 9 may təkcə Qələbə Günü kimi deyil, Avropa Günü kimi də qeyd olunmalıdır. Bununla bağlı Əmək Məcəlləsinə dəyişiklik edilib. Qanunun müzakirəsi qalmaqalsız ötüşməyib. Sosialistlər və kommunistlər qəti şəkildə bu dəyişikliyin əleyhinə çıxırlar. Gərginlik o həddə çatıb ki, deputatların bir qrupu etiraz əlaməti olaraq iclas zalını tərk edib. Amma bu səsvermənin keçirilməsinə mane olmayıb. Sosialistlər parlamentdə qanunun qəbul edilməsinin qarşısını ala biləcək qədər deputat yerinə sahib deyillər. Amma prezident Dodon bu qanunu imzalamaqdan imtina edib. Mayın 1-də Kişinyovda keçirilən mitinqdə iştirak edən Dodon bunu bir daha elan edib. Dünən parlamentin spikeri Andrian Kandu bildirib ki, Dodon qanunu imzalamasa, onda parlament yenidən bu məsələni müzakirəyə çıxararaq ikinci dəfə qəbul edəcək. Bu halda isə dövlət başçısı məcburi qaydada qanunu təsdiqləməlidir. Parlamentin binasında mətbuat konfransı keçirən Kandu bunları deyib: “Əgər hüquqi əsası varsa, dövlət başçısı qanunu qəbul etməyərək geri göndərə bilər. Bu halda parlament yenidən müzakirə keçirməlidir. Həmin müzakirələrin sonunda qanun qəbul edilərsə, artıq prezidentin onu təsdiqləməkdən başqa yolu qalmır. Heç kim 9 May Qələbə Gününü ləğv etmir. Həmin gün müharibədə döyüşənlərin, həlak olanların xatirəsi anılacaq. Heç kim Qələbə Gününü ləğv etməyib”. Qeyd edək ki, İkinci Dünya müharibəsində Moldovadan 400 min nəfər döyüşlərdə iştirak edib. Onlardan 250 mini müxtəlif medallarla təltif edilib, 19 nəfərə SSRİ Qəhrəmanı adı verilib. Həmin qəhrəmanlardan həyatda olanı yoxdur. Bu gün Moldovada cəmi 1500 nəfər müharibə veteranı həyatda qalıb.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info