Yenidən partiya üzvü olan Ərdoğan Aİ-ni tənqid etdi
Tarix: 03.05.2017 | Saat: 00:17:00 | E-mail | Çapa göndər


“Əgər Avropa İttifaqı bu addımı atmazsa, o halda qurumla vidalaşacağıq”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 33 ay sonra yenidən qurucusu olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü olub. Aprelin 16-da qəbul edilən Konstitusiyaya əlavə və dəyişikliklər prezidentə partiya üzvü və partiya sədri olmaq hüququ verib. Dünən Ərdoğanın partiyaya üzv olması ilə bağlı Ankarada AKP-nin mərkəzi qərargahında mərasim keçirilib.
Mərasimə AKP rəhbər orqanlarının üzvləri, millət vəkilləri qatılıblar. Binəli Yıldırım Ərdoğana AKP-yə üzvlüyü ilə bağlı bəyannaməni təqdim edib və Ərdoğan sənədi imzalayıb. Bununla da Ərdoğan partiyaya rəsmən yenidən üzv olub. Növbəti mərhələdə Ərdoğanın AKP-nin sədri seçilməsi üçün mayın 21-də növbədənkənar qurultay keçiriləcək.

“Siz öncə Fransada fövqəladə vəziyyət rejimini ləğv edin. Fransada 10-15 terrorçu öldürüldü, buna görə fövqəladə vəziyyət rejimi elan etdilər. Türkiyədə dövlət çevrilişi cəhdi olub, 249 şəhidimiz, 2193 qazimiz var. Türkiyə fövqəladə vəziyyət rejimi elan edə bilməyəcək?!”

Ərdoğan mərasimdə çıxışı zamanı Avropa İttifaqını tənqid edib: "Avropa İttifaqının Türkiyənin üzvlüyü ilə bağlı yeni müzakirə başlıqlarını açmaqdan başqa çarəsi yoxdur". Ərdoğan deyib ki, əgər Avropa İttifaqı bu addımı atmazsa, o halda qurumla vidalaşacaq: “Türkiyə qapı qulu deyil. İndiyə qədər hansı öhdəliklər götürmüşüksə, həmin öhdəlikləri yerinə yetirmişik. Dünən xəbər tutdum, bu yaxınlarda keçiriləcək NATO sammitində bizimlə görüşmək istəyirlər. Amma 5 tələb sayıblar, biri fövqəladə vəziyyət rejiminin ləğv edilməsidir. Siz öncə Fransada fövqəladə vəziyyəti rejimini ləğv edin. Fransada 10-15 terrorçu öldürüldü, buna görə fövqəladə vəziyyət rejimi elan etdilər. Türkiyədə dövlət çevrilişi cəhdi olub, 249 şəhidimiz, 2193 qazimiz var. Türkiyə fövqəladə vəziyyət rejimi elan edə bilməyəcək?! Belə bir şey ola bilərmi?”. Ərdoğan onu da bildirib ki, Türkiyənin növbəti hədəfləri Suriyada Münbic və Rakkadır: “Burada əsas məsələ ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri ilə birgə addımların atılmasıdır. Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyəm, müzakirələr aparacağıq. Ümid edirəm ki, bu görüşdən xeyirli nəticəylə dönəcəyik. Mayın 16-da isə ABŞ-a səfərim var,

“Putinlə, daha sonra Trampla görüşəcəyəm. Yeni prosesi başlada bilsək, Suriyada, hətta İraqda yeni dönəmin təməlini atmış olarıq”

ABŞ prezidenti Donald Trampla görüşəcəyəm. Bu məsələlərə eyni mövqedən yanaşaraq yeni prosesi başlada bilsək, Suriyada, hətta İraqda yeni dönəmin təməlini atmış olarıq. Hansı addım lazımdırsa, atarıq. Biz PKK-nın Suriya qolu PYD-nin, YPG-nin Suriyanın şimalındakı həvəslərini qursaqlarında qoyacağıq, bunu hər kəs bilməlidir”. Qeyd edək ki, Ərdoğan prezident seçilməsi ilə əlaqədar 2014-cü ilin avqustunda AKP üzvlüyündən və partiyanın sədri postundan istefa verib. Xatırladaq ki, AKP 14 avqust 2001-ci ildə yaradılıb. Partiya 2002-ci il noyabrın 3-də keçirilən parlament seçkilərində qələbə çalaraq hakimiyyətə gəlib. Həmin vaxt məhkəmənin barəsində siyasətlə məşğul olmasının qadağan edilməsinə dair qərarı olduğu üçün Ərdoğan seçkilərdə iştirak edə bilməyib. Barəsindəki siyasi qadağa aradan qaldırıldıqdan sonra 9 mart 2003-cü ildə Siirtdən deputat seçilib. Bununla əlaqədar 11 mart 2003-cü ildə Abdulla Gül hökuməti istefa verib. Ərdoğanın rəhbərliyi ilə həmin il martın 14-də yeni hökumət qurulub. AKP sədri olduğu 2002, 2007 və 2011-ci illərdə keçirilən parlament, 2004, 2009 və 2014-cü illərdə bələdiyyə seçkilərində partiyası qalib gəlib.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info