İş dünyasının tanınmışları UNEC tələbələri ilə görüşür
Tarix: 03.05.2017 | Saat: 00:27:00 | E-mail | Çapa göndər


Türk dünyasının tanınmış iş adamlarının UNEC tələbələri ilə görüşünə start verilib. Görüşlərdə iş dünyasının tanınmış simaları öz biznes təcrübələrini UNEC tələbələri ilə bölüşəcəklər.
Açılış mərasimində çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Türkiyə ilə Azərbaycan arasındakı dostluq, qardaşlıq əlaqələrindən danışıb. Tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə son illər UNEC-də həyata keçirilən yenilikləri müsbət qiymətləndirən diplomat tələbələrə karyerasına necə başlamasından, əldə etdiyi uğurlardan danışaraq, onlara tövsiyələrini də verib. Bildirib ki, tələbələrin özlərini iş dünyasına hazırlamaları üçün universitetdə əldə etdiyikləri bilik, təcrübə gələcək karyerada təməl rolunu oynayacaq. Səfir tövsiyyə edib ki, iş adamlarının paylaşdıqları təcrübələri tələbələr bir fürsət kimi dəyərləndirsinlər. UNEC-in prorektoru, professor Damət Bağırov UNEC-də həyata keçirilən yeniliklərdən danışıb. Bildirib ki, son illər universitet iş adamları ilə sıx əməkdaşlığa xüsusi diqqət yetirir. Onlarla mütəmadi görüşlər keçirilir, tədris proqramları və fənlərinin hazırlanmasında iş adamlarının təklif və tövsiyələri dinlənilir. UNEC-də praktiki fənlərin tədrisinə üstünlük verilir, müasir tələblərə cavab verən fənlər tədris olunur. İş dünyasının sıx əməkdaşlığı universitetin tədrisini daha səmərəli etməklə yanaşı, kadr problemlərinin həllində də müsbət rol oynayır. D. Bağırov iş adamlarını UNEC-lə daha sıx əməkdaşlıq etməyə dəvət edib və 5 gün davam edən müzakirələrin faydalı olacağını bildirib. ATİB sədri Cemal Yangın iş adamlarının ali məktəblərlə qarşılıqlı əməkdaşlığının vacibliyindən danışıb. Bildirib ki, müasir tələblərə cavab verən kadr hazırlığı universitet - iş dünyası əməkdaşlığını zəruri edir. Bu baxımdan ali təhsil müəssisələri və iş dünyası münasibətlərinin inkişaf etməsində belə görüşlər böyük əhəmiyyət kəsb edir. 5 gün davam edəcək görüşlər Türk Dünyası İşlətmə Fakültəsi, Biznes və Menecment Fakültəsi və Karyera Mərkəzinin təşkilatçılığı ilə keçirilir. Onu da qeyd edək ki, UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin magistrləri Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) olublar. Səfərin əsas məqsədi fondun iş prosesi ilə yaxından tanış olmaq olub. ARDNF-nin dəvətilə baş tutan görüşdə magistrlərə fondun investisiya layihələri, investisiya vəsaitlərinin strateji bölüşdürülməsi, investisiya portfelinə nəzarət, risklərin təhlili, hesablamalar və araşdırmalar kimi mövzularla bağlı məlumat verilib. Magistrlər eyni zamanda fondun tarixi, vəzifələri, hüquqi sənədləri, idarəetmə strukturu, “Samur-Abşeron suvarma sistemi”, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”, “Cənub Qaz Dəhlizi”, “Bakı-Tbilisi-Qars”dəmiyolu layihələri iə tanış olub, fondun muzeyinə baxış keçiriblər.
Anar




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib
17.09.2018
Babək prospektində hərəkət hissəsi 16 metrə qədər genişləndirilir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Əfsanəvi İndoneziya batikaları
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info