Sənə uğurlar, Murad!
Tarix: 03.05.2017 | Saat: 00:40:00 | E-mail | Çapa göndər


Murad Mustafayev Bakının Nərimanov rayonyndakı MLK - nın (Məktəb, Lisey Kompleksi) IV sinif şagirdidir. Dərs əlaçısıdır. Sinif müəlliməsi Laçın Quliyevanın ən çox fərqləndirdiyi, sevdiyi şagirdlərdəndir. Onun haqqında soruşduqda Laçın müəllimə gülümsəyərək dedi: “Bilirsinizmi, uşaqlar haqqında danışarkən psixoloqlar çox düzgün olaraq deyirlər ki, ümumilikdə insanlar temperamentlərinə görə dörd qrupa bölünsələr də, hər uşağın öz xarakteri, öz temperamenti, yalnız və yalnız özünəməxsus davranış tərzi, xarakterik xüsusiyyətləri vardır.
Düşünürəm ki, onlar tamamilə haqlıdırlar. Doğrudan da hər bir uşağın yalnız və yalnız özünəməxsus davranış xüsusiyyətləri, temperamenti, yaşam tərzi, özünəxas zövqü və s. vardır. Təbiidir ki, biz müəlimlər də öz növbəmizdə hər bir uşağa onun xarakterinə uyğun surətdə yanaşmalı, onların qəlbinə yol tapmağa çalışmalı və onlarda həmişə yaradıcılığa, daha çox öyrənməyə, biliklərin sirlərinə yiyələnməyə cəhd etmək kimi xüsusiyyətləri formalaşdırmağa çalışmalıyıq. Bu baxımdan Murad mən deyərdim ki, tam istisnalıq təşkil edir. Belə ki, IV sinfə keçməsinə baxmayaraq, o, demək olar ki, ingiliscə danışır, kompüterdə sərbəst işləyir, fikrini yaşına uyğun gəlməyəcək dərəcədə səlis, rəvan nitqlə ifadə edir.Onun özünə qarşı tələbkarlığı, daim nəyisə öyrənməyə can atması, başladığı işi başa çatdırmayınca sakitləşməməsi isə onu bütün digər yaşıdlarından fərqləndirir.” Laçın müəllimə ilə söhbətdən o da məlum oldu ki, Murad yaşıdları arasında şahmat yarışlarında, bir qayda olaraq, qalib olur. Çəkdiyi rəsm əsərləri isə sinif otaqlarındakı guşədə xüsusi yer tutur. Məktəbdə ötən il III siniflər arasında keçirilən bilik yarışlarında qalib olmuşdur. Milli Azərbaycan tarixi muzeyində açılış zamanı söylədiyi “Azərbaycan” şeiri iştirakçılar tərəfindən alqışlarla qarşılanmışdır. Az. TV və İTV - də müxtəlif verilişlərdə söylədiyi şerilər tamaşaçılar tərəfindən yüksək səviyyədə qarşılanmışdır.
Murad haqqında onun anası, məktəbin ən qabaqcıl ingilis dili müəllimələrindən biri kimi tanınan Lalə müəllimədən soruşduqda isə o, gülümsünərək dedi: ”Nə bilim, vallah, Muradın evdə ən çox meyil etdiyi sahə texniki qurğularda işləmək, ayrı - ayrı oyuncaqlardan müxtəlif cihazları düzəltməkdir. Televiziyada isə daha çox Diskovery verilişinə baxır. Orada gördüklərini müxtəlif oyuncaqlar vasitəsilə düzəltməyə çalışır. Mənimlə danışanda isə müxtəlif cihaz və əşyaların adlarının ingiliscə necə səsləndiyini soruşur, onların adlarını əzbərləməyə cəhd göstərir. Artıq tədricən ingiliscə fikrini sərbəst ifadə edir.”
Murad haqqında MLK - nın direktoru, filologiya elmləri doktoru, professor, Əməkdar müəllim, Puşkin adına mükafatın laueratı, rus dilinin tədrisində əldə etdiyi nailiyyətlərə görə Rusiya səfirliyinin fəxri fərmanına layiq görülən Qafar müəllim dedi: “Minlərlə şagirdlərimin içində hansınısa seçmək çətindir. Amma Muradı seçirəm. Maraqlı, özünəməxsus, xoşrəftarlı, olduqca mehriban bir uşaq olduğu üçün. Ən böyük arzum: ata - anasına layiq bir övlad olsun.”
Nə deyirik, sonda biz də məktəbin direktoru Qafar müəllimin sözlərinə qoşulub deyirik: “ Murad, biz də sənin ata - anana layiq bir övlad kimi böyüməyini, onların gözlərinə çıraq olmağını arzulayırıq.”
İlqar Heydəroğlu
Bakı şəhəri, Nərimanov rayonu MLK - nın tarix müəllimi, Əməkdar müəllim, “Tərəqqi” medallı, “İlin müəllimi” müsabiqəsinin qalibi




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info