Rusiya İstanbulda silahlarını nümayiş etdirəcək
Tarix: 03.05.2017 | Saat: 15:47:00 | E-mail | Çapa göndər


Rusiyanın “Almaz-Antey” konserni mayın 9-12-də İstanbulda keçiriləcək “AYDEF-2017” silah sərgisində iştirak edəcək. Sərgidə Rusiya istehsalı olan C-400 zenit-raket sistemləri, “BUK-M2” və digər hava hücumundan müdafiə kompleksləri nümayiş olunacaq.
Konsernin mətbuat xidmətinin yaydığı məlumata görə, sərgidə C-400 “Triumf”, “BukM2E”, “Tor-M2E” və digər zenit-raket kompleksləri, döyüş texnikası, “TunquskaM1” zenit-top raket sistemi və digər texnikalar təqdim olunacaq.
“Almaz-Antey” konserni İstanbul sərgisində ilk dəfə iştirak edir. Şirkətin nümayəndə heyəti sərginin işgüzar proqramının tədbirlərində də fəal iştirak etmək niyyətindədir.
TASS agentliyinin verdiyi xəbərə görə, Türkiyə Müdafiə Nazirliyi Rusiyanın C-400 hava hücumundan müdafiə sistemlərinə maraq göstərir. Bu sistemlərin Türkiyəyə satışına dair danışıqlar artıq yekun mərhələsindədir.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info