ADPU-da “Dayanıqlı inkişaf və təhsil ”mövzusunda seminar keçirilib
Tarix: 03.05.2017 | Saat: 16:12:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ilinə həsr edilən “Dayanıqlı inkişaf və təhsil” mövzusunda seminar keçirilib. Seminarda ADPU-nun rəhbərliyi, Rusiya Dayanıqlı və Qlobal İnkişaf İnstitutunun direktoru, Rusiya Təbiətşünaslıq Akademiyasının və Rusiya Ekologiya Akademiyasının həqiqi üzvü, professor Nizami Məmmədov, universitetin fakültə dekanları, kafedra müdirləri iştirak ediblər. 
Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov seminarın çox aktual bir mövzuya həsr olunduğunu bildirib. Qeyd edib ki, seminarın keçirilməsində məqsəd bu sahədə qabaqcıl dünya təcrübəsinin öyrənilib tətbiq edilməsidir. Müasir dövrümüzdə ətraf mühitin və ekologiyanın mühafizəsi, bəşəriyyətin gələcəyi naminə təbii və intellektual resurslardan qənaətlə və səmərəli istifadə, insan və təbiət arasında inteqrasiya, əhalinin demoqrafiyası və ərzaqla təchizatı, davamlı inkişafda insan amilinin əsas götürülməsi, insanın həyat səviyyəsinin yüksəldilməsi, yaxşı təhsil, sosial ədalət, demokratiya, bəşəri sərmayənin, elm və texnologiyaların inkişafının davamlılığının təmin edilməsi, insan inkişafı indeksi, təhsilə sərmayə qoyulması böyük əhəmiyyət kəsb edir. Dayanıqlı inkişaf məhz bu vacib məqsədlərin həyata keçirilməsinə xidmət edir. Bu məqsədlərin həyata keçirilməsi isə sistemli, koordinasiya və inteqrasiya olunmuş fəaliyyət yolu ilə kompleks tədbirlərin gerçəkləşməsini vacib vəzifə kimi qarşıya qoyur. Hazırda dayanıqlı inkişaf dünya ictimaiyyətinin ən çox diqqət yetirdiyi məsələlərdən biridir. Bu prosesdə dövlət, qeyri-hökumət təşkilatlarının, ictimai birliklərin, kommersiya strukturlarının, eləcə də təhsil müəssisələrinin üzərinə böyük vəzifələr düşür. Rektor çıxışında belə seminarların daha geniş miqyasda keçirilməsinin vacibliyini vurğulayıb. 
Seminarda Tarix və coğrafiya fakültəsinin dekanı, dosent Şahin Pənahov “Dayanıqlı inkişaf: qlobal və milli aspektlər”mövzusunda, Rusiya Dayanıqlı və Qlobal İnkişaf İnstitutunun direktoru, Rusiya Təbiətşünaslıq Akademiyasının və Rusiya Ekologiya Akademiyasının həqiqi üzvü, professor Nizami Məmmədov slayd vasitəsi ilə “Dayanıqlı inkişaf mədəniyyətinin formalaşdırılması dayanıqlı inkişafa keçid kimi” mövzusunda məruzələrlə çıxış ediblər. Qeyd edək ki, dayanıqlı inkişafın məzmun və mahiyyətini, məqsəd və hədəflərini, paradiqma və prioritetlərini, gender bərabərliyini, cəmiyyət və təhsilin vəhdətini, hamı üçün keyfiyyətli təhsil imkanlarının yaradılmasını, şəxsiyyətin təhsil vasitəsi ilə sosial mühitə uyğunlaşmasını, ömürboyu təhsili, dayanıqlı inkişaf sahəsində beynəlxalq əməkdaşlığı, bu sahədə beynəlxalq miqyasda qəbul edilən proqramların ölkələrin milli inkişaf proqramlarına daxil edilməsini və davamlı inkişafda yeni mədəniyyətin formalaşdırılmasını geniş əhatə edən hər iki məruzə böyük maraqla qarşılanıb.
Səmərəli və işgüzar keçən seminarda professor Əzizxan Tanrıverdi, professor İramin İsayev, dosent Razim Abdurazaqov, dosent Zahirəli Sadıxov və başqaları çıxış edərək maraqlı və dəyərli fikirlər səsləndiriblər. 
ADPU-nun rektoru, professor Cəfər Cəfərov tədbirə yekun vuraraq seminar iştirakçılarına fəaliyyətlərini davamlı inkişafın məqsəd və hədəflərinə uyğun qurmağı tövsiyə edib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
20.03.2019
Metropolitendə ilk dəfə Novruz şənliyi təqdim olunur
20.03.2019
Gənclər Aprel şəhidlərinin ailələrini ziyarət ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib
5 Fransız heykəltəraş Mauro Kordanın sərgisi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info