BANM-də 5-ci elmi-texniki konfransı başlayıb
Tarix: 03.05.2017 | Saat: 16:12:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbində (BANM) Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş Tələbələrin 5-ci elmi-texniki konfransı başlayıb.
BANM-dən bildirilib ki, konfransın açılışında BANM-in rəhbərliyi, professor-müəllim heyəti, SOCAR-ın və BP, Statoil, Total, Emerson Process Management, ABB, Avandsis Group, Halliburton, Confidence Capital transmilli şirkətlərin nümayəndələri iştirak ediblər.  
Plenar iclası giriş sözü ilə açan BANM-in rektoru Elmar Qasımov dövlətimizin elm və təhsil siyasətinin inkişaf etdirilməsinin bilavasitə gənclərin elmi tədqiqatlara daha çox cəlb edilməsindən asılı olduğunu bildirib. Cəmiyyətdə elmin, təhsilin mühüm rolunu qeyd edən rektor ali məktəbdə bu sahənin inkişafı istiqamətində reallaşdırılan tədbirlərdən, qazanılan uğurlardan danışıb. E. Qasımov bildirib ki, mayın 1-də Prezident İlham Əliyevin iştirakı ilə ali məktəbin yeni tikilmiş kampusunun açılışı keçirilib.
 SOCAR-ın Elm və texnika şöbəsinin rəisi Nazim Vəliyev Azərbaycanda gənclərə göstərilən diqqət və qayğıdan danışıb. O vurğulayıb ki, gənclərimizin elm və təhsilə cəlb olunması dövlətin təhsil siyasətinin əsas istiqamətlərindən biridir.
 SOCAR-ın Təlim, tədris və sertifikatlaşdıra idarəsinin rəisi Fuad Süleymanov qeyd edib ki, BANM iqtisadiyyatımızın müxtəlif sahələri üçün peşəkar mütəxəssislər hazırlayır və məhz bu gənclər gələcəkdə ən nüfuzlu transmilli şirkətlərdə çalışacaqlar.
 Qeyd edək ki, konfransın plenar iclasında tələbələrin 4 seçilmiş məruzəsi dinlənilib – “Adaptiv süzgəclərin idarəetmənin keyfiyyətinin artırılması üçün tətbiqi”, “CO2 tətbiqi üçün həllolma istiqamətindəki aparılan təzyiqin azaldılması”, “Hava Günəş panelləri” və “Ağacşəkilli Günəş panellərinin tətbiqi və istifadəsi”. 
Ümumilikdə, konfransın gedişatında 53 məruzə dinləniləcək. Növbəti günlərdə konfrans bölmələrdə davam edəcək. “Neft-qaz mühəndisliyi” bölməsinin iclasında 8, “Kimya mühəndisliyi” bölməsinin iclasında 18, “Fizika və riyaziyyat” bölməsinin iclasında 14 və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” bölməsinin iclasında 9 məruzə dinlənilib münsiflər tərəfindən qiymətləndiriləcək. Konfransda BANM-in 55 tələbəsi iştirak edirlər.
Konfransın yekun iclasında qaliblərə BANM tərəfindən sertifikat və hədiyyələr, digər iştirakçılara isə həvəsləndirici mükafatlar, o cümlədən SOCAR, BP, Statoil, Total, Emerson Process Management, ABB, Avandsis Group, Halliburton və Confidence Capital şirkətlərinin hədiyyələri təqdim olunacaq. Konfransın təşkilinin əsas məqsədi bacarıqlı və savadlı tələbələri aşkara çıxarmaq və onların bacarıqlarının gələcək layihələrdə tətbiqinə nail olmaqdır. Tələbələrin 5-ci elmi-texniki konfransı 4 may 2017-ci il tarixində yekunlaşacaq.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.07.2019
Universiadada ən yüksək nəticə göstərən idmançılar mükafatlandırılıb
20.07.2019
Artıq sarı zolaqlar qüvvədə - Bu yollarda diqqətli olun!
20.07.2019
Gürcüstan hökuməti Azərbaycan şirkətləri ilə əməkdaşlığa hazırlaşır
19.07.2019
Şəki və Oğuzda tikmə sənətinə maraq göstərən xanımlara ustad dərsləri verilib
19.07.2019
Jurnalistlər üçün Apifioterapiya mərkəzində pulsuz müayinə

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info