“Xaricdən maliyyələşən QHT-lərin fəaliyyəti xarici güclər tərəfindən sifariş edilir”
Tarix: 20.04.2013 | Saat: 00:52:00 | E-mail | Çapa göndər


«Rusiyada QHT-lərin xaricdən maliyyələşməsi ilə bağlı aparılan yoxlamalarda bir qədər səngimə müşahidə olunur».

Bu haqda məlumat verən ABŞ-ın "Christian Science Monitor" nəşri yazır ki, buna baxmayaraq, 500 qeyri-hökumət təşkilatı «xarici agent» kimi qeydiyyatdan keçmək üçün xəbərdarlıq alıb: «Bu ifadə isə Rusiyada faktiki olaraq casus deməkdir. Əks halda, həmin təşkilatları ciddi məbləğdə cərimə gözləyir. Bundan sonra da QHT «xarici agent» kimi qeydiyyata düşməsə, onda həmin təşkilatı məcburi şəkildə bağlayacaqlar. Ekspertlər hesab edir ki, QHT-lərin yoxlanması ilə bağlı başlanan proses digərlərinə dərs vermək üçün həyata keçirilir. Bununla onların aktivliyinin azalması və xarici yardımın qarşısının kəsilməsinə nail olmaq hədəflənib. «Karneqi» mərkəzinin Moskvada çap olunan «Pro et Contra» nəşrinin baş redaktoru Maşa Lipman bildirib ki, Rusiya dövlət başçısı Putin açıq şəklidə deyib ki, xaricdən vətəndaş fəallığı üçün ayrılan vəsaitin ancaq bir məqsədi var-bu fəaliyyət xarici güclər tərəfindən sifariş edilir. Onun fikrincə, bu, Rusiyanın suverenliyinin pozulması olduğu üçün dərhal ləğv edilməlidir. Ola bilsin ki, bəzi QHT-ləri bağlasınlar. Bu isə digərlərinə dərs olacaq. Dərs belə olacaq ki, QHT-lər xaricdən maliyyə alarkən bir yox, bir neçə dəfə fikirləşməli olacaqlar. Vladimir Putin Almaniyaya səfər etməzdən əvvəl bu ölkənin ARD telekanalına verdiyi müsahibədə bildirdi ki, aparılan yoxlamalardan sonra müəyyənləşib ki, qanun qüvvəyə minəndən sonrakı 4 ay ərzində Rusiya QHT-ləri xaricdən 1 milyard dollar alıblar. Bu məbləğin 30 milyon dollarını xarici səfirliklər verib. Putin həmin müsahibəsində belə demişdi: «Biz sadəcə olaraq istəyirik ki, onlar desinlər: «Bəli biz siyasi fəaliyyətlə məşğuluq, amma xaricdən maliyyələşirik. Cəmiyyətin bunları bilməyə haqqı var». Amma Rusiyanın 60-dan çox QHT-si 1 milyard dollar məbləğinin həddindən artıq şişirdilmiş olduğunu iddia edərək, bunun sənədlə sübut edilməsi üçün Putinə məktubla müraciət ediblər. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov cavab olaraq bildirib ki, bütün nəticələr yoxlamalar başa çatandan sonra elan ediləcək. QHT-lərin əksəriyyəti «xarici agent» damğasını qəbul etmək istəmirlər. Çünki bu cür ifadə Rusiya cəmiyyətində casus anlamına gəlməklə «düşmən» mənasını verir. «İnsan haqları uğrunda» qeyri-hökumət təşkilatının rəhbəri Lev Ponomaryov bildirib ki, «xarici agent» damğasını götürməmək üçün minlərlə səbəbləri var: «Bəli, Rusiya QHT-ləri xaricdən maliyyə yardımı almağa öyrəşiblər. Amma biz şad olardıq ki, həmin maliyyə Rusiyadan olsun. Bu isə çox çətindir. Rusiya iş adamları hüquq müdafiəçilərinə maliyyə ayırmağa həvəsli deyil. Dövlət qrantları isə bizim büdcəmizin 1/5-i qədərdir. Biz Putinlə dialoqa hazırıq. Amma belə görünür ki, o, ziddiyyət yolunu tutub. Onun məqsədi QHT sektorunu məhv etməkdir. Mən hesab edirəm ki, o, buna nail olacaq». Ötən həftə seçkilərlə məşğul olan «Qolos» təşkilatına yeni qəbul edilən qanunla ittiham irəli sürülüb. «Qolos» «xarici agent» kimi qeydiyyatdan keçməklə bağlı tələbnamə alan ilk təşkilat olub. Yeni qanuna əsasən, xaricdən kiçicik də olsa, maliyyə yardımı alıb ictimai fəaliyyətlə məşğulsansa, dövlət bunun siyasi fəaliyyət kimi qəbul edir və buna görə «xarici agent» statusunu qəbul etməlisən. Analitiklər «Qolos» təşkilatına yen qanuna uyğun olaraq «xarici agent» kimi qeydiyyatdan keçməklə bağlı iddia irəli sürülməsini təbii qarşılayır. Çünki bu təşkilat 2011-ci ildə keçirilən parlament seçkiləri zamanı minlərlə müşahidəçi hazırlayaraq məntəqələrə yönəltmişdi. Onların qeydə aldığı pozuntular mətbuat vasitəsilə geniş yayılmışdı. Regionlarda fəaliyyət göstərən kiçik QHT-lərin də «xarici agent» kimi qeydiyyatdan keçməklə bağlı xəbərdarlıq almasının məntiqini anlamaq mümkün deyil. Rusiyanın Ədliyyə Nazirliyi açıqlayıb ki, belə vəziyyətdə olan 528 QHT var. Moskvadan 480 km uzaqda yerləşən Kostroma şəhərində fəaliyyət göstərən «İctimai təşəbbüslərə dəstək mərkəzi»ndən də «xarici agent» kimi qeydiyyatdan keçmək tələb edilib. Güman edilir ki, onların hədəfə gəlməsinin səbəbi Rusiya-Amerika münasibətləri ilə bağlı dəyirmi masa keçirmələri və tədbirdə ABŞ səfirliyinin nümayəndəsinin iştirakıdır. «Prokurorluq bizi iki məsələdə ittiham edir. Birincisi, biz xaricdən maliyyə alırıq, ikincisi, siyasi fəaliyyətlə məşğuluq. Bu həqiqətə uyğun deyil. Bizim məqsədimiz siyasi yox, ictimai fəaliyyətdir. İndi bizi 9500 dollar məbləğində cərimə gözləyir. Təbii ki, biz müdafiə olunacağıq. Amma cərimənin məbləği çox böyükdür. Bu məbləğ bizim mərkəzin fəaliyyəti üçün təhlükədir. Bizə «xarici agent» kimi qeydiyyatdan keçəriksə, fəaliyyətimiz üçün heç bir təhlükənin olmayacağını bildirirlər. Amma biz bu adla qeydiyyatdan keçsək, ciddi çətinliyimiz olacaq. Çünki Rusiyada «xarici agent» «xarici casus» deməkdir» - deyə mərkəzin rəhbəri Aleksandr Zamaryanov bildirib. Kostromada fəaliyyət göstərən «Əsgər anaları komitəsi» də prokurorluq orqanlarından «xarici agent» kimi qeydiyyatdan keçməklə bağlı tələbnamə alıb. Təşkilat rəhbəri İrina Reznikova bildirib ki, prokurorluq orqanları onları xaricdən maliyyə yardımı almaqda və siyasi fəaliyyətlə məşğul olmaqda, seçki məntəqələrinə könüllü müşahidəçi göndərməkdə ittiham edir. Reznikova Amerikadan qrant aldıqlarını, amma siyasi fəaliyyətlə məşğul olmadıqlarını açıqlayıb».
Anar MIRIYEV




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Azərbaycanlı gənclər Ermənistan səfirliyi qarşısında aksiya keçiriblər
26.09.2018
Türkiyənin təhlükəsizlik qüvvələrinin iki əməkdaşı şəhid olub
26.09.2018
BMT-nin Gənclik Təşkilatı İstanbulda yerləşə bilər
26.09.2018
Fransa: təhsil sahəsində 1800 iş yeri ləğv ediləcək
26.09.2018
Ərdoğan Trampla görüşdü

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info