Birştonas meri: “Bakının gözəlliyi məni valeh edib”
Tarix: 03.05.2017 | Saat: 16:15:00 | E-mail | Çapa göndər


Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə Birştonas şəhərinin meri Niyole Dirqinçienenin dəvəti ilə şəhər meriyasında olub.
 
Azərbaycanın Litvadakı səfirliyindən verilən məlumata görə, görüşdə  H.Məmmədzadə Azərbaycan və Litva arasında qarşılıqlı münasibətlərin uğurla inkişaf etdiyini bildirib, ikitərəfli hökumətlərarası birgə komissiyanın və parlamentlərarası dostluq qrupunun fəaliyyəti haqqında söz açılıb.
 
Səfir həmçinin Azərbaycanın son illərdə iqtisadi və sosial sahələrdə əldə etdiyi nailiyyətlər haqqında Birştonas merinə məlumat verib.
 
Öz növbəsində N.Dirqinçiene Azərbaycanda olduğunu qeyd edərək, azərbaycanlıların qonaqpərvərliyindən söz açıb və Bakının gözəlliyinin onu valeh etdiyini bildirib. Daha sonra mer şəhərinin tarixi, mədəni abidələri və sosial-iqtisadi vəziyyəti barədə məlumat verərək, şəhərdə fəaliyyət göstərən sanatoriyalar haqqında danışıb və Azərbaycandan turistlər qəbul etməyə hazır olduqlarını vurğulayıb.
 
Görüş zamanı, həmçinin Birştonas və Azərbaycanın şəhərlərindən biri arasında əməkdaşlıq münasibətlərinin qurulması məsələsi müzakirə olunub. Qeyd olunub ki, bu münasibətlər iki şəhər arasında bütün sahələrdə əməkdaşlığın qurulması üçün imkan yaradacaq.
 
Sonra səfir H. Məmmədzadə Birştonas şəhərindəki turizm obyektləri və sanatoriyaların fəaliyyəti ilə tanış olub.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info