Azərbaycan güləşçiləri 2 qızıl və 1 gümüş medal qazanıblar
Tarix: 03.05.2017 | Saat: 16:30:00 | E-mail | Çapa göndər


Serbiyanın Novı Sad şəhərində güləş üzrə Avropa çempionatı start götürüb. İlk yarış günündə 57 və 86 kq sərbəst, 48 və 63 kq çəki dərəcəsində isə qadın güləşçilər mübarizə aparıb. Güləşçilərimiz günü 2 qızıl və 1 gümüş medalla başa vurublar.
57 kq çəki dərəcəsində yarışan sərbəst güləşçimiz Giorgi Edişeraşvili Belarus, Fransa, yarımfinalda isə rusiyalı rəqibini mübarizədən kənarlaşdıraraq finala yüksəlib. Həlledici görüşdə təmsilçimizin rəqibi Rumıniya idmançısı olub. Rəqibinə şans verməyən Giorgi Edişeraşvili çempionatın qızıl medalını qazanıb.
86 kq çəkidə mübarizə aparan Aleksandr Qostiyev Polşa, Ermənistan, yarımfinalda isə Türkiyə təmsilçisini məğlub edərək finala yüksəlib. Finalda təmsilçimiz Rusiya idmançısına uduzub və çempionatın gümüş medalına sahib olub.
Qadın güləşçilərin yarışında isə 48 kq-da mübarizə aparan 5 qat Avropa çempionu və ilk Avropa Oyunlarının qalibi Mariya Stadnik finala qədər bütün rəqiblərindən üstün olub. Ardıcıl olaraq Polşa, Türkiyə və Rumıniyadan olan güləşçiləri tam üstünlüklə məğlub edən Mariya finala yüksəlib. Həlledici görüşdə Ukrayna idmançısı İlona Semkiv üzərində vaxtından əvvəl qələbə qazanan Mariya Stadnik Avropa çempionatının 6-cı dəfə qızıl medalına sahib olub.




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
“Rizespor” “Porto”dan futbolçu icarəyə götürüb
22.01.2019
Rusiyada ilk Qış Universiadası keçiriləcək
22.01.2019
Marselo əsas heyətdən kənarlaşdırıldı
21.01.2019
İtaliya A Seriyası : “Milan” səfərdə “Cenoa”nı məğlubiyyətə uğradıb
21.01.2019
İngiltərə Premyer Liqası: “Mançester Siti” meydandan qalib ayrılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info