“Rusiyaya lazım olan insanlara vətəndaşlıq verilməsində heç bir maneə törədilməməlidir”
Tarix: 20.04.2013 | Saat: 00:58:00 | E-mail | Çapa göndər


Rusiya prezidenti Vladimir Putin “Rusiyaya lazım olan” müəyyən kateqoriya insanlar üçün vətəndaşlığın verilməsində əngəllər törədilməməsini tələb edib.
“Bir çox ölkələrdə müəyyən kateqoriya insanlar üçün vətəndaşlığın verilməsinin asanlaşdırılmış qaydası tətbiq olunur. Bura yaş-adətən, söhbət reproduktiv yaşdan gedir; yaxşı təhsil-yəni ali təhsil və əmək bazarında tələbatlılıq aid olunur”. “RİA Novosti”nin xəbərinə görə, bunu Vladimir Putin Federal Miqrasiya Xidmətinin rəisi Konstantin Romodanovski ilə görüşündə qeyd edib. Rusiya prezidentinin sözlərinə görə, başqa ölkələrdə vətəndaşlıq gələcək həyatını bu ölkələr ilə bağlamaq istəyən insanlara verilir. O qeyd edib ki, burada söhbət ölkəyə pul qazanmaq niyyəti ilə gəlib sonradan isə öz vətəninə dönən miqrantlardan getmir. “Rusiyaya lazım olan, bizim vətəndaşlara, Rusiya Federasiyasına heç bir təhlükə yaratmayan insanlara süni əngəllər yaratmaq lazım deyil”- deyə Putin qeyd edib. Konstantin Romodanovski, öz növbəsində, qeyd edib ki, Federal Miqrasiya Xidməti artıq müvafiq sistemi hazırlayır və ilin sonunadək bu sahədə işlərin yekunlaşdırılması planlaşdırılır. Vladimir Putin Federal Miqrasiya Xidmətinin xarici dövlətlərin vətəndaşlarının ölkə ərazisinə yalnız xarici pasportlarla buraxılmasına dair təklifini dəstəkləyib. O, qeyd olunan qaydanın 2015-ci ilin yanvarın 1-dən tətbiq olunmasını təklif edib. Rusiya prezidenti qeyd edib bu qayda Gömrük İttifaqına üzv olan ölkələrə, yəni Qazaxıstan və Belarusa şamil olunmayacaq. Qeyd edək ki, bir qədər əvvəl Federal Miqrasiya Xidmətinin direktoru Konstantin Romodanovski qeyd olunan qaydanı bu ildən tətbiq etməyi təklif edirdi.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək
13.11.2018
Ermənistanda dəmiryolçular tətil elan ediblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10467

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info