“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıb
Tarix: 03.05.2017 | Saat: 17:12:00 | E-mail | Çapa göndər


Gülüstan Sarayında Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, müsabiqə ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunub.
Nazir deyib ki, Heydər Əliyev təhsilin inkişafına böyük diqqət və qayğı göstərib, bu sahə ilə bağlı yeni ideyaları, əsas istiqamətləri müəyyənləşdirib: “Onun tərəfindən əsası qoyulan mühüm islahatlar son 14 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Artıq Azərbaycanın yeni inkişaf modeli formalaşıb, aparılan uzaqgörən siyasət nəticəsində sabitlik qorunub saxlanılır, ölkənin gücü və qüdrəti durmadan artır”.
Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov qeyd edib ki, son illər ölkədə formalaşan dəyərli ənənələrdən biri də məktəblilər arasında Heydər Əliyevin zəngin irsinin öyrənilməsi məqsədi daşıyan müsabiqənin keçirilməsidir: “Bu günə kimi müsabiqə qalibi olmuş 50 tələbəyə yaradıcısı Heydər Əliyev olan hakim partiya tərəfindən təqaüd verilib. Müsabiqədə qalib gələn şagirdlər gələcəkdə ali məktəbə qəbul olunarsa, onlar 4 illik təhsil müddətində YAP-ın təqaüdünü alacaqlar. Bu gün Azərbaycan hakimiyyətinin qarşısında duran əsas məqsəd ondan ibarətdir ki, gənc nəsillərin arzu etdiyi cəmiyyəti gələcəkdə onlara təqdim edə bilək. Bu ümumi məqsədə nail olmaq üçün var gücümüzlə çalışırıq”.
Sonra çıxış edən Heydər Əliyev Fondunun departament rəhbəri Soltan Məmmədov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar Mehbalıyev qalibləri qazandıqları uğur münasibətilə təbrik ediblər.
Sonda “Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən 6 nəfər I, 9 nəfər II, 15 nəfər III dərəcəli diplomla, 23 nəfər isə tərifnamə ilə təltif olunub. Müsabiqə qaliblərinə mükafat və müxtəlif qiymətli hədiyyələr təqdim edilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
“Azərmarka” Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş müsabiqə elan edib
20.02.2019
Aqrar İnkişaf Könüllüləri aqrar jurnalistika ilə bağlı layihənin icrasına başlayıb
20.02.2019
Körpəyə vitamin vermək olar?
20.02.2019
“Cəmiyyətin səsi” layihəsinin I mərhələsi başa çatıb
20.02.2019
Min bir dərdin dərmanı - yaşıl çay

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info