“Bakı mədəniyyətlərarası dialoqun mərkəzi və paytaxtıdır”
Tarix: 03.05.2017 | Saat: 17:20:00 | E-mail | Çapa göndər


Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2017-ci ilin Azərbaycanda “İslam həmrəyliyi ili” elan edilməsi, heç şübhəsiz, çox əhəmiyyətli addımdır. Bu, dövlət başçısının mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun möhkəmlənməsi sahəsində siyasətinin “Bakı prosesi” adlanan istiqamətinə müvafiqdir”.
Ərəb Dövlətləri Liqasının (ƏDL) sivilizasiyalararası və dinlərarası dialoq departamentinin direktoru, səfir Samiyə Bebars bu fikri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində söyləyib.
S.Bebarsın sözlərinə görə, Azərbaycan dövlətinin multikulturalizm, tolerantlıq və dözümlülük ideyalarının dəstəklənməsinə və inkişaf etdirilməsinə yönəlmiş bu addımı mədəniyyətlərarası və dinlərarası dialoqun möhkəmlənməsində Azərbaycanın mühüm rol oynadığını göstərir.
S.Bebars deyib: “Bu, təbidir, ona görə ki, mən özüm də daxil olmaqla, sivilizasiyaların beynəlxalq dialoqu sahəsində mütəxəssislərin çoxunun fikrincə, Azərbaycan rəhbərliyinin böyük səyləri sayəsində Bakı mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun mərkəzinə və paytaxtına çevrilib. Hesab edirəm ki, Azərbaycan Prezidentinin təşəbbüsü Bakının bu istiqamətdə daha əvvəl atdığı addımların məntiqi davamıdır”.
ƏDL nümayəndəsi vurğulayıb: ” İslam həmrəyliyi barədə Prezident İlham Əliyevin təşəbbüsü həm də bütün islam dünyasına ünvanlanmış bir mesaj, müxtəlif aktual məsələlərə dair həmrəyliyə, qarşılıqlı anlaşmaya nail olmağın və vahid mövqedən çıxış etməyin zəruriliyi barədə xatırlatmadır. Bu təşəbbüs Azərbaycanın müsəlman ölkələrini birləşdirmək, onların arasında mövcud fikir ayrılıqlarını aradan qaldırmaq , habelə müsəlman ölkələri ilə dünyanın digər ölkələri arasında əlaqələri və əməkdaşlığı möhkəmlətmək istəyini əks etdirir”.
Samiyə Bebars Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları mövzusuna toxunaraq qeyd edib ki, Bakıda İslamiada keçirilməsi növbəti mühüm hadisədir. Bu Oyunlar müsəlman ölkələri üçün idman bayramı olmaqla yanaşı, həm də müsəlman xalqları arasında əlaqələrin və ümumbəşəri dəyərlərin möhkəmlənməsinə şərait yaradacaq.
Samiyə Bebars sonda deyib: “Azərbaycanın bu növbəti addımı həmrəylik, əməkdaşlıq və qarşılıqlı anlaşma ruhunun möhkəmləndirilməsinə yönəlib”.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info