İmişlidə yeni yem emalı məntəqəsi fəaliyyətə başlayıb
Tarix: 03.05.2017 | Saat: 17:52:00 | E-mail | Çapa göndər


İmişlinin Cəfərli kəndində istifadəyə verilən yeni yem emalı məntəqəsi kənddə aqrar sektorun, o cümlədən heyvandarlığın inkişafına müsbət təsir göstərəcək.
AZƏRTAC xəbər verir ki, məntəqənin açılış mərasimində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID), İqtisadiyyat Nazirliyinin, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyənin nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Layihə USAID və Azərbaycan hökuməti tərəfindən birgə maliyyələşdirilib və sosial-iqtisadi inkişaf fəaliyyəti (SEDA) adlı proqram çərçivəsində Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən icra olunub. Layihədən 754 ailə faydalana biləcək.
Mərasimdə çıxış edən USAID-in layihələr şöbəsinin əməkdaşı Rayn Rassel bildirib ki, ABŞ Azərbaycanla tərəfdaşlığa sadiqdir. “Biz birgə işləyərək sabitliyə, demokratik tərəqqiyə və iqtisadi firavanlığa nail ola bilərik. ABŞ Beynəlxalq İnkişaf Agentliyinin əsas məqsədi Azərbaycan vətəndaşlarının problemlərinin həllinə kömək etməkdir”, - deyə o qeyd edib.
Yeni yem emalı məntəqəsi 4 mindən çox sakinə kənd təsərrüfatını, o cümlədən heyvandarlığı inkişaf etdirmək üçün yeni imkanlar açacaq.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info