Milli Məclisin nümayəndə heyəti Avropa Parlamentində rəsmi səfərdədir
Tarix: 03.05.2017 | Saat: 18:22:00 | E-mail | Çapa göndər


Milli Məclisin Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi üzrə nümayəndə heyəti Avropa Parlamentinin dəvəti əsasında Brüsseldə rəsmi səfərdədir. Bu gün Parlament Əməkdaşlıq Komitəsinin XIV iclası öz işinə başlamışdır. Millət vəkili, Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevin sədrlik etdiyi iclasda komitə üzvləri Kamran Bayramov, Azər Kərimli, Elman Nəsirov və Elşad Həsənov iştirak edirlər. Millət vəkilləri ilə yanaşı hökumət nümayəndələri - Azərbaycan Respublikası Xarici işlər nazirinin müavini cənab Mahmud Məmməd-Quliyev, İqtisadiyyat nazirliyinin Departament rəhbəri cənab Ruslan Rüstəmli də Parlament Əməkdaşlıq Komitəsinin iclasına qatılmışlar. İclasda Avropa Parlamenti üzvləri, siyasi qrupların müşavirləri, həmçinin Avropa Komissiyasının və Avropa Xarici Fəaliyyət Xidmətinin yüksək səviyyəli rəsmiləri cənab Dik Şubel və cənab Lourens Meredits iştirak edirlər.
İki gün davam edəcək iclasın gündəliyində 12 məsələ vardır. İclasın birinci günündə cənab M. Məmməd-Quliyev “Aİ-Azərbaycan arasında yeni hərtərəfli müvaqilə: məqsədlər və imkanlar” mövzusunda, cənab R. Rüstəmli isə “Aİ-Azərbaycan arasında iqtisadi əməkdaşlıq” mövzusunda məruzələrlə çıxış etmişlər. Hər iki məruzə ətrafında geniş müzakirələr aparılmış, Aİ ilə Azərbaycan arasında yüksək səviyyəli əməkdaşlıq üzrə müqavilə ilə bağlı danışıqlar prosesinə dair fikir mübadiləsi həyata keçirilmişdir.
Avropa Xarici Fəaliyyət Xidmətinin rəsmisi cənab Dik Şubel öz çıxışında Azərbaycan Prezidentinin cari ilin fevral ayında Brüsselə səfərini Aİ-Azərbaycan münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirmiş və Azərbaycanın Aİ üçün vacib tərəfdaş olduğunu vurğulayaraq yeni müqavilə üzrə danışıqların tezliklə uğurla nəticələnəcəyinə əminliyini ifadə etmişdir.
Avropa Komissiyasının rəsmisi Lourens Meredits Aİ-Azərbaycan arasında iqtisadi əməkdaşlıq üçün böyük potensialın olduğuna diqqət çəkmiş, son dövrlər ölkədə qeyri-neft sektorunun inkişafı üçün atılan addımları müsbət qiymətləndirmişdir. Tərəflər arasında işgüzar dairələrin qarşılıqlı təmaslarının intensivləşdirilməsinin vacibliyinə diqqət çəkən cənab Meredits Azərbaycan məhsullarının Avropa bazarlarına çıxarılmasının əhəmiyyətini diqqətə çatdırmışdır.
Daha sonra müzakirə olunan “Azərbaycanda siyasi dialoq və islahatlar” mövzusu iclas iştirakçılarının geniş marağına səbəb olmuşdur. Mövzu ətrafında millət vəkili Kamran Bayramovun məruzəsi dinlənilmiş və məruzə ətrafında müzakirələr aparılmışdır. Məruzədə müstəqillikdən keçən dövr ərzində Azərbaycanda dövlət quruculuğu, yerli özünüidarə orqanlarının yaradılması, vətəndaş cəmiyyəti təsisatlarının inkişafı, insan haqları, söz, mətbuat və fikir azadlığının təmin olunması ilə bağlı dövlət tərəfindən həyata keçirilən islahatlar öz əksini tapmışdır.
Millət vəkillərimiz müzakirələrdə fəal iştirak etmiş və Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XIV iclasının birinci günü başa çatmışdır. Sabah Parlament Əməkdaşlıq Komitəsinin 14-cü iclası öz işini davam etdirəcək.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qarakənd səmasında baş vermiş faciədən 27 il keçir
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info