Gənclərin düzgün peşə və ixtisas seçimi vacibdir
Tarix: 03.05.2017 | Saat: 18:30:00 | E-mail | Çapa göndər


Biləsuvarda “Yuxarı sinif şagirdlərinin peşə seçimində valideynlərin rolu” mövzusunda tədbir keçirilib
Biləsuvar rayonunda “Yuxarı sinif şagirdlərinin peşə seçimində valideynlərin rolu” mövzusunda  tədbir keçirilib. Biləsuvar şəhər 4 saylı tam orta məktəbində təşkil olunan tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini Xəyalə Qəmbərova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin məsul işçiləri, rayon Məşğulluq Mərkəzinin kollektivi, ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdləri, valideynlər və müəllimlər iştirak edib.
Tədbirdə çıxış edən Biləsuvar rayon Məşğulluq Mərkəzinin direktoru Əvəz Əliyev indiki dövrdə əmək bazarındakı mövcud vəziyyəti, işsizliyi yarada bilən amilləri diqqətə çatdıraraq qeyd edib ki, bazarda peşə və ixtisaslar üzrə işçi qüvvəsinə tələbatın dolğun şəkildə ödənilməsində gənclərin düzgün peşə və ixtisas seçimi vacib amillərdəndir və xüsusi əhəmiyyət daşıyır.Bu istiqamətdə valideynlərin övladlarını düzgün peşə seçiminə yönəltmələrinin önəmi çox böyükdür. Mərkəzin rəhbəri bununla əlaqədar olaraq gənclərin, xüsusən də  ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin gələcəkdə peşə seçiminə kömək məqsədilə mütəmadi olaraq bu səpkili tədbirlərin təşkil edildiyini vurğulayıb. Bildirib ki, rayonda daha çox ixtisaslaşmış sahələr və digər kriteriyalar nəzərə alınaraq şagirdlərin peşə meyilləri öyrənilir, gələcəkdə əmək bazarına fəal şəkildə inteqrasiya edə bilmələri üçün onlara zəruri məlumatlar, məsləhətlər verilir. Lakin çox zaman gənclərin peşə və ixtisas seçimində onların valideynləri  mühüm rola malik olur. Bu amil nəzərə alınaraq peşəyönümü tədbirlərinə gənclərlə bərabər, onların valideynləri də tədbirlərə cəlb edilir. Tədbirdə çıxış edən mütəxəssislər  ölkəmizin əmək bazarında baş verən proseslər, işəgötürənlərin peşə və ixtisaslara olan tələbləri barədə gəncləri, onların valideynlərini ətraflı məlumatlandıraraq, peşə hazırlığı və əlavə təhsil kursları, aktiv məşğulluq tədbirləri haqqında geniş məlumatlar veriblər. Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini Xəyalə Qəmbərova çıxışında bu səpkidə keçirilən tədbirlərin yeniyetmələrin gələcəkdə peşə seçimində onlara yardımçı olmasını bildirərək və qeyd edib ki, belə tədbirlər mütəmadi keçirilməlidir. İndiki dövrdə yeniyetmələr peşə seçərkən mütləq yaşadığı ərazinin ixtisaslaşdığı əmək bazarını mütləq nəzərə almalıdırlar. Tədbirdə yuxarı sinif şagirdləri və valideynlərin sualları cavablandırılaraq, onlara   məşğulluq xidmətləri, peşə hazırlığı, peşəyönümü və digər  məşğulluq tədbirləri barədə məlumatların əks olunduğu bukletlər təqdim edilib.




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
18.01.2019
İsveçrədə 20 Yanvar faciəsinə həsr olunmuş poçt markası buraxılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info