ADPU-da tədris-yardımçı heyətin bilik və peşəkarlıq səviyyəsi yoxlanılıb
Tarix: 03.05.2017 | Saat: 19:37:00 | E-mail | Çapa göndər


Hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) kafedralarda tədris olunan fənlər üzrə professor, dosent, baş müəllim və müəllim vəzifələrini tutmaq üçün keçirilən müsabiqə ilə yanaşı, tədris-yardımçı heyətin də yoxlanılması keçirilir. Belə ki, ADPU-nun rektoru, professor Cəfər Cəfərovun müvafiq əmri ilə İnsan resursları şöbəsi tərəfindən aprelin 25-dən başlayaraq universitetdə tədris-yardımçı heyətin: tədris laboratoriya müdirlərinin, tyutorların, laborantların, baş laborantların, tədris ustalarının, operatorların və Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşlarının bilik və peşəkarlıq səviyyəsinin yoxlanılmasına başlanılıb. Məqsəd onların peşəkarlıq səviyyəsinin müəyyən edilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsidir. Yoxlamaya ümumilikdə 247 nəfər cəlb edilib. Yoxlama iki mərhələdə aparılıb. Birinci mərhələdə hər bir qrupu 14 nəfərdən ibarət olan tədris-yardımçı heyətin informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində bilik və bacarıqları yoxlanılıb. Yoxlamanın ikinci mərhələsi isə yazılı şəkildə aparılıb. Mayın 3-də keçirilən yazılı mərhələdə tədris-yardımçı heyətin ümumi elmi-nəzəri səviyyəsi, ixtisas bilikləri, eyni zamanda qanunvericiliklə bağlı bilikləri, məntiqləri, dünyagörüşləri respublikamızın tanınmış və nüfuzlu mütəxəssislərin iştirakı ilə yoxlanılıb. ADPU-nun rektoru, professor Cəfər Cəfərov yoxlama prosesinin gedişini izləyib. Qeyd edək ki, obyektiv və şəffaf keçirilən yoxlama prosesinin nəticələrindən asılı olaraq hər bir işçi barədə fərdi qaydada müvafiq qərar qəbul edilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.11.2018
Yeni Günəşli istiqamətində körpüyə giriş məhdudlaşdırılacaq
22.11.2018
“Sakinlər qaz təhlükəsizlik qaydalarına riayət etməsi barədə daimi maarifləndirilməlidir”
22.11.2018
Ölkəyə qanunsuz spirtli içkilər və narkotik gətirilməsinin qarşısı alınıb
21.11.2018
“Bakcell” “ASAN Məktub”dan təşəkkürnamə alıb
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Şair Sərraf Şiruyənin yaradıcılığı haqqında...
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info