Karateçilər vətənə medalla döndülər
Tarix: 03.05.2017 | Saat: 19:52:00 | E-mail | Çapa göndər


Ukraynanın Odessa şəhərində karate üzrə dünya kuboku yarışları keçirilib.
“Samuray” klubunun yetirmələri turnirdə 7 nəfərlik heyətlə çıxış edib və yarışları 12 medalla başa vurublar.
Dünya kubokunda karateçimiz Marat Semixov irigumi ju versiyasi üzrə 6 yaşlı idmançılar arasında 23 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. M.Semixov 7 yaşlı idmançıların yarışında irigumi ju və şotokan versiyaları üzrə gümüş medal qazanıb. Məhyəddin Cəfərli (25 kq) 6-7 yaşlı idmançılar arasında şotokan versiyası üzrə üçüncü olub.
8-9 yaşlı idmançıların mübarizəsində Kamil Kərimli (37 kq-dan yuxarı) irigumi ju yarışlarında gümüş, şotokanda isə bürünc medal qazanıb.
10-11 yaşlı karateçilərin şotokan versiyası üzrə yarışlarını Tamerlan Kərimli üçüncü pillədə başa vurub.
Alika Semixova 14-15 yaşlı qızların şotokan versiyasında 53 kiloqramda üçüncü,
16-17 yaşlıların mübarizəsində 59 kiloqramda isə ikinci yeri tutub.
On səkkiz yaşdan yuxarı karateçilərin şotokan versiyası üzrə yarışlarında Cəlil Rzayev gümüş, Orxan Əliyev (hər ikisi 60 kq) isə bürünc medal qazanıblar. İrugumi ju versiyasi üzrə 63 kiloqram çəki dərəcəsində mübarizə aparan O.Əliyev dünya kubokunu üçüncü pillədə başa vurub.
Karateçilərimiz yarışda məşqçi Elmin İsayevin rəhbərliyi altında mübarizə aparıblar.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
Hacı Əliyev II Avropa Oyunlarına qələbə ilə başladı
26.06.2019
“Minsk 2019“ : Azərbaycan badmintonçusu səkkizdəbir finala vəsiqə qazanıb
25.06.2019
Mini futbol üzrə yarışlar başa çatdı
24.06.2019
“Ramal Aslanov sırf Azərbaycan kikboksinq məktəbinin yetirməsidir”
24.06.2019
Sərbəst güləş üzrə yığmamız Avropa ikincisi olub

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Əli Nağıyev DTX rəisi təyin edildi
3 Heydər Əliyev və bələdiyyələr
4 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info