“Azərbaycanın ərazi bütövlüyünə dəstəyimiz qəti və dəyişməzdir“
Tarix: 03.05.2017 | Saat: 20:15:00 | E-mail | Çapa göndər


Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda rəsmi səfərdə olan İƏT-in Baş katibi Yusif Əl-Useymini qəbul edib.
 
XİN-dən verilən məlumata görə, görüşdə Azərbaycan və İƏT arasında yüksək səviyyəli əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub.
 
Bu xüsusda nazir E. Məmmədyarov Azərbaycanın İƏT-lə əlaqələrin hərtərəfli inkişafına xüsusi önəm verdiyini qeyd edərək, islam dünyası ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişlənməsində İƏT-in əvəzsiz platforma olduğunu diqqətə çatdırıb. Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə ölkəmizdə 2017-ci ilin İslam Həmrəyliyi ili elan edildiyini xatırladan nazir ölkəmizin ev sahibliyi ilə 12 may tarixində IV İslam Həmrəylik Oyunlarının açılış mərasiminin keçiriləcəyini deyib.
 
Azərbaycanın İƏT-in beynəlxalq arenada rolunun artmasında maraqlı olduğunu bildirən nazir E. Məmmədyarov BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə Azərbaycanın təşəbbüsü ilə “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda qurumun yüksək səviyyəli iclasının keçirildiyini diqqətə çatdırıb. Bunun İƏT-Azərbaycan arasında əlaqələrin artıq strateji tərəfdaşlıq xarakteri daşımasına bariz nümunəsi olmaqla yanaşı, İƏT-BMT arasında əməkdaşlığın genişlənməsinə öz töhfəsini verdiyini də əlavə edib.
 
E. Məmmədyarov Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı İƏT-in yekdil və birmənalı mövqeyinin, həmçinin “Xocalıya ədalət” Beynəlxalq Təbliğat-Təşviqat Kampaniyasına dəstəyinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. O həmçinin 10-15 aprel 2016-cı ildə İstanbulda keçirilmiş İƏT zirvə toplantısında Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Kontakt qrupu təsis edilməsinin vacibliyindən danışıb.
 
Baş katib isə Azərbaycanın dinlərarası dözümlülük və mədəniyyətlərarası dialoq üçün nümunəvi bir məkana çevrildiyini və bu sahədə keçirilən tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyini bildirərək, ölkəmizin İslam dininin sülh, əməkdaşlıq və dostluq dini kimi təşviqi və İslamın əsl dəyərlərini təqdimatı istiqamətində fəaliyyətinin təqdirəlayiq hal olduğunu vurğulayıb. 
 
E. Məmmədyarov Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində Azərbaycan xalqına məxsus İslam mədəniyyət abidələrinin və dini ibadət ocaqlarının dağıdılması və məhv edilməsi siyasətini həyata keçirdiyini və bununla əlaqədar İƏT-in müvafiq qətnamələr qəbul etdiyini xatırladaraq, bütün üzv dövlətlərin Ermənistanın bu vandalizm əməllərinə son qoyması üçün səylərini artırdığını  qeyd edib.
 
Yusif Əl-Useymi İƏT-in Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qəti və dəyişməz dəstəyini bir daha diqqətə çatdırıb.
 
Görüşdə İƏT çərçivəsində sahəvi əməkdaşlığın inkişafı, təşkilatın struktur islahatı, digər beynəlxalq təşkilatlarla əməkdaşlığı kimi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.05.2019
İtaliya Azərbaycanlılarının Koordinasiya Şurası təsis edildi
18.05.2019
İtaliyalı senator Azərbaycanın diaspor siyasəti barədə məlumatlandırılıb
18.05.2019
Dövlət Komitəsində Laçın rayonunun işğalının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib
18.05.2019
Sevinc Fətəliyeva: Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsi Avropa İttifaqı üçün xüsusi əhəmiyyət daşıyır
18.05.2019
YAP rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsi keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10783

1 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
4 Dünya rəssamları arasında yer alan azərbaycanlı
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info