Qadınlarla bağlı məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb
Tarix: 03.05.2017 | Saat: 21:12:00 | E-mail | Çapa göndər


"Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusunda məqalə müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Heydər Əliyevin xatirəsinə həsr olunmuş tələbələr arasında məqalə müsabiqəsini Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Yeni Azərbaycan Partiyası ilə birgə təşkil edib. Mükafatlandırma mərasiminə dövlət qurumları və qeyri-hökumət təşkilatı nümayəndələri qatılıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hicran Hüseynova bildirib ki, əsası Heydər Əliyev tərəfindən qoyulmuş dövlət - qadın siyasəti, Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə davam etdirilir: “Ulu öndər Heydər Əliyev milli qadın hərəkatının formalaşmasına xüsusi həssaslıqla yanaşıb. Qadınlarımızın təhsil alması məsələsini xüsusi nəzarətdə saxlayıb”.
Dövlət Komitəsi sədrinin sözlərinə görə, qısa müddət ərzində hər il təşkil edilən məqalə müsabiqəsinə 150-yə yaxın yazı işi təqdim olunub ki, bu da müsabiqəyə marağın böyük olmasından xəbər verir.
YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov qeyd edib ki, tələbələr arasında belə bir müsabiqənin keçirilməsi çox vacibdir: “Bu gün hər yerdə Heydər Əliyevin anadan olmasının 94 illiyi qeyd olunur. Ümummilli liderin atdığı hər addım özü bir kitabdır. Heydər Əliyev tutduğu vəzifədən, mövcud siyasi quruluşdan asılı olmayaraq hər zaman Azərbaycan xalqına xidmət edib. Ulu öndər 1969-cu ildə ölkəyə rəhbərlik etməyə başlayan zaman Azərbaycan aqrar bir ölkə, 15 müttəfiq respublika arasında 14-cü yerdə idi. Qısa müddət ərzində Azərbaycan ən ön yerlərə yüksəldi. O dövrdə azərbaycanlı şair və yazıçılara fəxri adlar, mükafatlar verilmirdi. Lakin Heydər Əliyev hakimiyyətə gəldikdən sonra azərbaycanlı ziyalılara diqqət və qayğı göstərməyə başladı”.
Tədbir çıxışlarla davam etdirilib. Sonda qaliblər mükafatlandırılıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info