Valideyn himayəsindən məhrum uşaqlar pulsuz ali təhsil alacaqlar
Tarix: 20.04.2013 | Saat: 01:08:00 | E-mail | Çapa göndər


Milli Məclisin növbəti iclası keçirilib. İclasda bir sıra qanunlara əlavə və dəyişikliklər edilib. İclasda "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. Layihə barədə məlumat verən Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, dəyişikliyə əsasən, Azərbaycanda valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, dövlət və özəl təhsil müəssisələrində ödənişli təhsil alan uşaqların təhsil haqqı dövlət hesabına ödəniləcək. H.Rəcəbli qeyd edib ki, əgər uşaq valideynlərindən birini itiribsə və ikinci valideynin əlillik statusu varsa, həmin uşaq da bu güzəştlərdən yararlana bilər. Layihə səsə qoyularaq qəbul olunub.
İclasda “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanunlara dəyişikliklər müzakirəyə çıxarılıb. Layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, sənəd vətəndaşların pasport alma işini xeyli asanlaşdırır. Dəyişikliklərə əsasən, ümumvətəndaş pasportu vətəndaş müraciət etdikdən sonra 10 iş günü müddətində, Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxsin (şəxslərin) təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi, ölümü ilə bağlı hallarda isə 2 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanunun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən veriləcək. Dəyişikliyə əsasən 15 yaşına çatmamış vətəndaşlardan əl-barmaq izi götürülməyəcək. “Dövlət rüsumu haqqında” qanunla nəzərdə tutulmuş hallarda ümumvətəndaş pasportu vətəndaşın ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq 5 və ya 1 iş günü müddətində veriləcək. Yetkinlik yaşına çatmamış vətəndaşın valideynlərindən birinin ölüm haqqında şəhadətnaməsi, ölmüş və ya itkin düşmüş elan edilməsi, valideynlik hüququndan məhrum edilməsi barədə məhkəmənin qərarı və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş doğum haqqında akt qeydində ata barədə məlumatın ananın göstərişi üzrə yazılması haqqında arayış təqdim edildikdə, digər valideynin razılığı tələb olunmayacaq.
Dəyişikliklərə əsasən, əvvəllər şəxsiyyət vəsiqəsi 16 yaşdan sonra verilirdisə, indi 15 yaşından sonra veriləcək.
Müzakirələrdən sonra qanun layihəsi qəbul olunub.
İclasda sürücülük vəsiqəsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb. Layihə barədə məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, artıq Azərbaycanda “ASAN Xidmət” mərkəzləri fəaliyyətə başlayıb və orada ödəniş etmədən sürücülük vəsiqəsini əldə etmək olar. Dəyişikliyə əsasən, Azərbaycanda sürücülük vəsiqəsinin qəsdən korlanmasına, yararsız hala salınmasına və ya itirilməsinə görə tətbiq olunan cərimə ləğv edilib. Müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul olunub.
Qeyd edək ki, “İnsan alverinə qarşı mübarizə haqqında” qanuna və Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər olub.

İTV-nin Yayım Şurasına seçkilər keçirilib

İclasda Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının səlahiyyət müddəti başa çatmış üç üzvünün yerinə yeni namizədlərin seçilməsi müzakirə olunub və seçkilər keçirilib. Layihə barədə məlumat verən parlamentin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirib ki, layihə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nüşirəvan Məhərrəmlinin imzası ilə daxil olub. Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurası sədrlə birlikdə müxtəlif sahəni təmsil edən 9 nəfərdən ibarətdir və hər bir üzvün səlahiyyət müddəti 6 ildir. Müzakirələrdən sonra səsvermə keçirilib və hər 3 yerə seçkilər keçirilib. İdman federasiyaları tərəfindən verilən namizədlərdən Boks Federasiyasının təşkilat komitəsinin sədri Babanlı Yusif Məmməd oğlu, Dini konfessiyalar tərəfindən nəzərdə tutulan bir yerə Qafqaz Müsəlmanları İdarəsi sədrinin müşaviri Nurullayev Fuad İzzət oğlu, Yaradıcılıq təşkilatları tərəfindən nəzərdə tutulan yerə isə Azərbaycan Bəstəkarlar İttifaqından Qafarova Zemfira Həsən qızı seçilib.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
18.12.2018
Avtomobilin təkərlərində pirotexniki vasitələr aşkarlanıb
18.12.2018
“Microsoft” təhlükəsizlik üzrə bayram siyahısı hazırlayıb
18.12.2018
İmişlidə 16 min ədəd tut tingi əkilib
18.12.2018
Naxçıvanda miqrasiya sahəsində ardıcıl tədbirlər görülür
18.12.2018
Metronun “İçərişəhər” stansiyasında sosial layihə həyata keçirilir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10529

1 Anara Hacıbəyli Pirallahı rayonunda YAP ərazi təşkilatının sədri seçilib
2 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
3 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
4 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq
5 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info