Misirdə səfirlərə və tanınmış media nümayəndələrinə hücum planlaşdırılırmış
Tarix: 03.05.2017 | Saat: 23:51:00 | E-mail | Çapa göndər


Misir Ali Prokurorluğunun verdiyi məlumata görə, Tanta və İsgəndəriyyə şəhərlərindəki kilsələrdə törədilmiş partlayışlarda əli olmuş “Vilayat Sina” terrorçu qruplaşma Misirdəki kilsələrə, siyasi və din xadimlərinə əcnəbi turistlərə və bir sıra xarici dövlətlərin səfirlərinə silsilə hücumlar etməyi planlaşdırırmış. Misirdə çıxan “Youm 7” nəşrinin bu barədə verdiyi məlumatda bildirilir ki, kilsələrə hücumları həyata keçirmiş qruplaşma terror aktları törətməli olan özəklər şəbəkəsi yaratmağa nail olub. Bu məqsədlə əvvəllər hüquq-mühafizə orqanlarının diqqətini cəlb etməmiş insanları həmin şəbəkəyə cəlb edir, onların qarşısında xristian obyektlərinə, hökumət müəssisələrinə, ordu və polis nümayəndələrinə, hakimlərə, turistlərə və başqalarına hücum etmək vəzifəsi qoyulurdu. Təhqiqat zamanı müəyyən edilib ki, terrorçular bir sıra məşhur jurnalistləri, media nümayəndələrini, siyasi xadimləri, hakimləri, xarici dövlətlərin səfirlərini məhv etmək məqsədilə onları izləyirmiş. Xatırladaq ki, aprelin 9-da Misirin Tanta və İsgəndəriyyə şəhərlərindəki qibti kilsələrində iki partlayış baş verib. Bu terror aktları nəticəsində 48 nəfər həlak olub, 100-dən çox insan xəsarət alıb.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar
15.11.2018
Yaponiya yaxın 5 ildə 345 minədək əcnəbi işçi qəbul edə bilər
15.11.2018
Rusiya ilə danışıqlar 1956-cı ilin bəyanatı üzərində qurulub
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır
14.11.2018
Fransa hökumətində Donald Trampın tənqidi tvitlərinə şərh veriblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10474

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info