Bu addım mədəniyyətlərarası və dinlərarası dialoqda Azərbaycanın mühüm rol oynadığını göstərir
Tarix: 03.05.2017 | Saat: 23:56:00 | E-mail | Çapa göndər


Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2017-ci ilin Azərbaycanda “İslam həmrəyliyi ili” elan edilməsi, heç şübhəsiz, çox əhəmiyyətli addımdır. Bu, dövlət başçısının mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun möhkəmlənməsi sahəsində siyasətinin “Bakı prosesi” adlanan istiqamətinə müvafiqdir”. Ərəb Dövlətləri Liqasının (ƏDL) sivilizasiyalararası və dinlərarası dialoq departamentinin direktoru, səfir Samiyə Bebars bu fikri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində söyləyib. S.Bebarsın sözlərinə görə, Azərbaycan dövlətinin multikulturalizm, tolerantlıq və dözümlülük ideyalarının dəstəklənməsinə və inkişaf etdirilməsinə yönəlmiş bu addımı mədəniyyətlərarası və dinlərarası dialoqun möhkəmlənməsində Azərbaycanın mühüm rol oynadığını göstərir. S.Bebars deyib: “Bu, təbidir, ona görə ki, mən özüm də daxil olmaqla, sivilizasiyaların beynəlxalq dialoqu sahəsində mütəxəssislərin çoxunun fikrincə, Azərbaycan rəhbərliyinin böyük səyləri sayəsində Bakı mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun mərkəzinə və paytaxtına çevrilib. Hesab edirəm ki, Azərbaycan Prezidentinin təşəbbüsü Bakının bu istiqamətdə daha əvvəl atdığı addımların məntiqi davamıdır”. ƏDL nümayəndəsi vurğulayıb: ” İslam həmrəyliyi barədə Prezident İlham Əliyevin təşəbbüsü həm də bütün islam dünyasına ünvanlanmış bir mesaj, müxtəlif aktual məsələlərə dair həmrəyliyə, qarşılıqlı anlaşmaya nail olmağın və vahid mövqedən çıxış etməyin zəruriliyi barədə xatırlatmadır. Bu təşəbbüs Azərbaycanın müsəlman ölkələrini birləşdirmək, onların arasında mövcud fikir ayrılıqlarını aradan qaldırmaq , habelə müsəlman ölkələri ilə dünyanın digər ölkələri arasında əlaqələri və əməkdaşlığı möhkəmlətmək istəyini əks etdirir”. Samiyə Bebars Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları mövzusuna toxunaraq qeyd edib ki, Bakıda İslamiada keçirilməsi növbəti mühüm hadisədir. Bu Oyunlar müsəlman ölkələri üçün idman bayramı olmaqla yanaşı, həm də müsəlman xalqları arasında əlaqələrin və ümumbəşəri dəyərlərin möhkəmlənməsinə şərait yaradacaq. Samiyə Bebars sonda deyib: “Azərbaycanın bu növbəti addımı həmrəylik, əməkdaşlıq və qarşılıqlı anlaşma ruhunun möhkəmləndirilməsinə yönəlib”.




 
Bölməyə aid digər xəbərlər
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür
09.11.2018
Ermənistanın bütün müstəvilərdə təcrid və küncə sıxılmış vəziyyətdə olması özünü açıq şəkildə nümayiş etdirir
09.11.2018
Hər bir vətəndaşın borcudur ki, bayrağımızın əbədi dalğalanması üçün üzərinə düşəni etsin
09.11.2018
Azərbaycanın üçrəngli bayrağı özündən əvvəlki bayraqların varisidir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info