“Müasir Azərbaycan incəsənəti” Parisdə
Tarix: 20.04.2013 | Saat: 01:10:00 | E-mail | Çapa göndər


“Yarat!” Müasir İncəsənət Məkanı Azərbaycan incəsənəti ilə bağlı həyata keçirilən layihələrin davamı olaraq daimi tərəfdaşı Heydər Əliyev Fondu ilə birlikdə Parisin mərkəzində yerləşən Azərbaycan Mədəniyyəti Mərkəzində müasir Azərbaycan incəsənətinə həsr olunmuş “Home, sweet home” (“Doğma ev”) mövzusunda sərgi təşkil edib.
Sərginin bəşəriyyətə mədəniyyət və incəsənət sahəsində böyük dühalar bəxş edib, dünya mədəniyyətinin beşiyi sayılan Fransada nümayiş etdirilməsi fransızları Azərbaycanın zəngin rəssamlıq nümunələri və milli dəyərləri ilə yaxından tanış etmək və onlarda ölkəmiz barədə geniş təsəvvür yaratmaq məqsədi daşıyır.
Sərgidə 25 rəssamın 90 əsəri nümayiş etdirilir. Tamaşaçılar Leyla Əliyeva, Aida Mahmudova, Müseyib Əmirov, Vüqar Muradov, Sitarə İbrahimova, Altay Sadıqzadə, Fəxriyyə Məmmədova, Fidan Seyidova, Fərid Rəsulov və digərlərinin əsərləri ilə tanış olublar. Sərgidə Leyla Əliyevanın “Beyin”, Aida Mahmudovanın “Yenidən emal” (“Recycle”), Altay Sadıqzadənin “Pilləkənin başında”, Fərid Rəsulovun “Anonim” əsərləri xüsusi maraqla qarşılanıb.
Sərgini açan Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov bu tədbirin müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycanın mədəniyyəti və zəngin dəyərlərini fransızlara yaxından tanıtmaq məqsədilə təşkil olunduğunu, maraqlı ekspozisiyanın Mədəniyyət Mərkəzində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə ilk dəfə nümayiş etdirildiyini diqqətə çatdırıb. Səfir deyib ki, Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin xarici ölkələrdə, o cümlədən Fransada tanıdılması istiqamətində müstəsna rolu var.
Mədəniyyət sahəsində müxtəlif layihələri həyata keçirən Heydər Əliyev Fondunun təşkilatçılığı ilə həyata keçirilən “Qafqazın incisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində Azərbaycan günlərinin artıq Fransanın ayrı-ayrı regionlarının on şəhərində keçirildiyini xatırladan səfir Heydər Əliyev Fondunun tərəfdaşlığı sayəsində Mərkəzdə gənc rəssam Aida Mahmudovanın təsis etdiyi “Yarat!” Müasir İncəsənət Məkanı tərəfindən təşkil olunan bu sərgidə müxtəlif rəssamların çoxlu sayda əsərinin nümayiş etdirildiyini və mədəniyyətlərarası dialoqa xidmət etdiyini bildirmiş, qurumun əsas məqsədinin azərbaycanlı və xarici rəssamlar arasında sıx əlaqələr yaradılmasından ibarət olduğunu vurğulayıb.
“Yarat!” Müasir İncəsənət Məkanının yaradıcısı Aida Mahmudova rəhbərlik etdiyi qurumun Heydər Əliyev Fondunun tərəfdaşlığı ilə təşkil olunan “Doğma ev” adlı sərgisinin fəaliyyəti barədə söz açmış, sərginin Azərbaycanın gənc və tanınmış rəssamlarının əsərlərini dünyaya çatdırmaq məqsədi daşıdığını, təşkilat tərəfindən bir neçə belə sərginin artıq Rusiya, İtaliya, Birləşmiş Ərəb Əmirliklərində təşkil edildiyini diqqətə çatdırıb.
Parisdə azərbaycanlı rəssamların əsərlərindən ibarət sərginin nümayiş etdirilməsinin əhəmiyyətini vurğulayan A.Mahmudova “Yarat!” Müasir İncəsənət Məkanının digər təşkilatlarla əməkdaşlıq etdiyini, belə tədbirlərin gələcəkdə də davamlı olacağını bildirib.
A.Mahmudova deyib: “Doğma ev” sərgisinin iştirakçısı olan rəssamlar doğma evlə bağlı hissləri tamaşa edəcəyiniz əsərlərə köçürüblər”. Tədbirin təşkilində Heydər Əliyev Fondunun köməyini xüsusi vurğulayan A.Mahmudova Fonda təşəkkürünü bildirib.
Sonda Aida Mahmudova bu sərginin Azərbaycan ilə Fransa arasında mövcud əlaqələrin inkişafına yeni töhfə verəcəyinə əminliyini vurğulayıb.
Sərginin açılışında iştirak edən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ekspozisiya ilə yaxından tanış olub. Sərgidə Fransanın dövlət və hökumət rəsmiləri, senatorlar və deputatlar, ictimaiyyətin nümayəndələri, Parisdə akkreditə olunmuş diplomatik korpusun əməkdaşları, diasporumuzun təmsilçiləri, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.




 
Bölməyə aid digər xəbərlər
22.11.2018
Yeni Günəşli istiqamətində körpüyə giriş məhdudlaşdırılacaq
22.11.2018
“Sakinlər qaz təhlükəsizlik qaydalarına riayət etməsi barədə daimi maarifləndirilməlidir”
22.11.2018
Ölkəyə qanunsuz spirtli içkilər və narkotik gətirilməsinin qarşısı alınıb
21.11.2018
“Bakcell” “ASAN Məktub”dan təşəkkürnamə alıb
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Şair Sərraf Şiruyənin yaradıcılığı haqqında...
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info