“Qazaxqeyt” Belçika və Fransa arasında siyasi qalmaqal yaradıb
Tarix: 04.05.2017 | Saat: 00:26:00 | E-mail | Çapa göndər


Avropanın iki əsas dövləti Belçika və Fransa arasında siyasi qalmaqal yaşanır. “Qazaxqeyt” adlandırılan olay dövlətlərarası münasibətlərdə gərginliyin səviyyəsini o qədər artırıb ki, bir-birini ittiham edən açıqlamaların ardı-arası kəsilmir.
Belçikanın “Vif” jurnalının dərc etdiyi məqalədən sonra gərginliyin dərəcəsi xeyli artıb. Həmin məqalədə sənədlərdə qeyd edilir ki, Fransanın keçmiş daxili işlər naziri və Sarkozi dövlət başçısı olarkən onun administrasiyasına başçılıq etmiş Klod Qean Belçikada həbs edilmiş özbək-qazax iş adamı Patox Şodiyevə yönəldilən bütün cinayət ittihamlarının ləğv edilməsinə nail olub. “RTBF” teleşirkətinin yayımladığı proqramda qeyd edilib ki, Fransada bu qədər yüksək vəzifə tutan şəxsin adının bu məsələdə hallanması “qazaxqeyt” məsələsinin dövlətlər səviyyəsində qalmaqal olduğunu təsdiqləyir. “Vif” nəşri sənədlərə əsasən yazır ki, Qean Sarkozinin diplomatik məsləhətçisi Dabyen Lora müraciətində bu məsələnin həllində köməyinə görə sonradan Belçika Senatının sədri, hazırda isə Brüsselin Ukkl bölgəsinin burqomistri olan De Dekkerin fəaliyyətinin yüksək qiymətləndirib: “De Dekker və onun komandası Fransanın maraqlarına olan işin həlində böyük xidmətlər göstərdilər”. İndi Belçikada Senatın keçmiş sədrini başqa bir dövlətin maraqları üçün çalışmaqda ittiham etməyə başlayıblar. Məlum olub ki, De Dekker qazax iş adamına yönələn ittihamların aradan qaldırılması üçün fəaliyyət göstərib və bunun üçün Fransa tərəfindən qonorar alıb. “Vif” sənədlərlə təsdiq edir ki, ona bu işdə həmin vaxt Belçikanın maliyyə naziri olmuş Didye Reynders yardım edib. De Dekker və Reynders onlara ünvanlanan ittihamları qəbul etmirlər. Belçika parlamenti məsələnin araşdırmaq üçün xüsusi komissiya yaradıb. Bu məsələdə adı çəkilən şəxslər komissiyanın qarşısında sorğu-sual olunacaq. Belçikanın “Soir” nəşri və Fransanın “Mediapart” internet portalı yazırlar ki, De Dekker Belçikanın ədliyyə nazirinə təzyiq göstərərək Şodiyevə yönələn ittihamların ləğv edilməsinə nail olub. Maraqlıdır ki, milyarder Şodiyev Belçika vətəndaşıdır və korrupsiyada ittiham olunurmuş. Media yazır ki, De Dekker Yelisey sarayının təlimatlarını yerinə yetirirmiş. İndi aydın olur ki, həmin vaxt Fransa Qazaxıstana 45 vertolyotun satılması ilə bağlı danışıqlar aparırmış. Şodiyevin Astana ilə isti münasibətləri bu satışın baş tutmasına xeyli yardım edə bilərdi. Bu isə yüz milyonlarla dollarlıq sazişin imzalanası deməkdir. Bu işə görə De Dekkerə “350 saatlıq hüquqi yardımına” görə 740 min avro qonorar ödənilib və o, bunu təkzib etmir. Nəticədə milyarder Şodiyev və iki həmkarı Belçika xəzinəsinə 23 milyon avro ödəyərək bütün ittihamlardan xilas olublar. İndi medianın hədəfinə çerilən De Dekker Fransa ilə əlaqələrini və ölkəsinin ədliyyə nazirinə təzyiqlərini inkar edir. Belçikanın baş naziri Şarl Mişel bu məslə ilə bağlı bütün detalların araşdırılacağını bildirib. De Dekkerin üzv olduğu “İslahatlar hərəkatı” artıq onu sıralarından xaric edib. Milyarder Şodiyev 1997-ci ildən Belçika vətəndaşı və bu ölkənin ikinci ən varlı şəxsi sayılır.
Anar




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info