Makedoniyada siyasi böhran
Tarix: 04.05.2017 | Saat: 00:30:00 | E-mail | Çapa göndər


Makedoniyada alban millətindən olan Talat Caferi ölkə parlamentinə spiker gətirilib. Verilən məlumata görə, yeni spiker artıq müvafiq möhür və səlahiyyətlərlə təmin edilib. Xatırladaq ki, parlamentə ən böyük alban partiyası olan Demokratik Rifah Partiyasından deputat seçilmiş Caferi ötən ayın sonlarında Makedoniya parlamentinin yeni sədri seçilib.
Qeyd edək ki, alban spikerə ən çox dəstəyi müxalifət millət vəkilləri və alban partiyaların nümayəndələri veriblər. Xatırladaq ki, Caferinin seçilməsi ilə bağlı seçkilərin nəticələrini tanımadığını elan edən hakim VMRO-DPMNE partiyası sabiq parlament spikeri Trayko Velyanoski ilə birgə möhür və hakimiyyətin digər atributlarının yeni spikerə verilməsinə qarşı etiraz ediblər. Lakin bütün bunlara baxmayaraq, Trayko Velyanoski çərşənbə axşamı gec də olsa, kabinetindən şəxsi əşyalarını götürmək məcburiyyətində qalıb.
Bütün səlahiyytləri əldə edən Talat Caferi artıq dünən Avropa İttifaqı nümayəndələri ilə ilk görüşünü keçirib. Ölkədəki yerli saytlar yeni spikerin sosial - demokrat müxalifət birliyinə mandat verilməsi ilə bağlı Makedoniya prezidentinə sorğu təqdim edə biləcəyini də istisna etmirlər. Qeyd edək ki, yeni spikerin təqdim edəcəyi sorğuda daha çox önəm verdiyi məsələ onun koalisiya tərəfdaşları - albanların və digər milli azlıqların təmsil olunduqları siyasi partiyadır. Hələ bir müddət bundan əvvəl, ölkə prezidenti Qeorqe İvanova 10 gün ərzində hökuməti qurmaq üçün parlamentə əlavə mandatlar verilməsi ilə bağlı Caferinin müraciəti olmuşdu. Caferi belə bir icranın yerinə yetirilməməsini cinayət kimi dəyərləndirmişdi.
Xatırladaq ki, uzun müddət siyasi böhran keçirən Makedoniyada 2016-cı il 11 dekabr seçkilərindən sonra bu böhran daha geniş vüsət almışdı. Ölkədə hakim partiyanı təmsil edən sabiq baş nazir Nikola Qruevski parlamentdə səs çoxluğuna nail ola bilməsə də, ölkənin müxalifət Sosial Demokrat Birliyinin rəhbəri Zoran Zaev milli azlıq tərəfdarlarının əksəriyyəti ilə razılığa gəlsə də, ölkə prezidenti ona hökuməti qurmaq üçün mandat verməkdən imtina etmişdi. Təbii ki, bunun da kökündə müəyyən nüansların dayandığı açıqca sezilir. Zaevin tələbi yerinə yetiriləcəyi təqdirdə, ölkədəki sosial-demokratlar səs çoxluğu qazanardısa, azsaylı albanların lehinə bəzi dəyişikliklər gözlənilirdi.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info