Xocalı soyqırımı ilə bağlı petisiyaya qısa vaxtda 15 mindən çox imza toplanıb
Tarix: 04.05.2017 | Saat: 00:35:00 | E-mail | Çapa göndər


Oleq Kuznetsov:
“Rusiya Dövlət Dumasının üzvlərinə ünvanlanmış petisiyaya reaksiya vermək üçün “change.org” saytına daxil olmaqla imza sayını daha da artırmaq mümkündür”
Rusiyalı tarixçi alim Oleq Kuznetsovun Xocalı soyqırımının tanıdılması üçün hazırladığı petisiyaya qısa vaxtda 15 mindən çox imza toplanıb. Rusiya Dövlət Dumasının üzvlərinə ünvanlanmış petisiyaya reaksiyanın verilməsi üçün ümumilikdə 25 min imzanın toplanması zəruridir.
Bu barədə Yeni Azərbaycan Partiyasının Bakıda təşkil etdiyi tədbirdə məlumat verilib. Rusiyanın tanınmış tarixçisi və siyasi təhlilçisi Oleq Kuznetsovun Xocalı faciəsinin soyqırımı cinayəti kimi tanınması ilə bağlı tərtib etdiyi petisiyada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda dinc sakinlərə qarşı amansız cinayətin törədildiyi, bunun hazırda Ermənistan hakimiyyətində təmsil olunan şəxslər tərəfindən gerçəkləşdirildiyi vurğulanır. Milli Məclisin regional məsələlər komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Arif Rəhimzadə bildirib ki, insanlığa qarşı törədilən Xocalı faciəsini bır sıra dünya dövlətləri soyqırımı aktı kimi tanıyıb. Petisiyada eyni addımın Rusiyanın Dövlət Duması tərəfindən atılmasının vacibliyi əsaslandırılır. Azərbaycan gənclərini Xocalı faciəsinə hüquqi qiymətin verilməsi istiqamətində həyata keçirilən tədbirlərə dəstək göstərməyə, bununla əlaqədar müvafiq təbliğat işləri aparmağa və petisiyaya imza atmağa çağıran Oleq Kuznetsov az vaxtda petisiyaya minlərlə internet istifadəçisinin qoşulduğunu qeyd edib. O deyib ki, Rusiya Dövlət Dumasının üzvlərinə ünvanlanmış petisiyaya reaksiya vermək üçün “change.org” saytına daxil olmaqla imza sayını daha da artırmaq mümkündür: “Xocalı soyqırımının tanıdılması istiqamətində geniş təbliğat işləri aparılır. İnzibati resurslardan istifadə edərək gənc nəslin diqqətini bu məsələyə cəlb etməliyik. Petisiyada faciəni törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsi, faciənin insanlığa qarşı cinayət və soyqırımı aktı kimi qiymətləndirilməsi çağırışı edilir. Bu sənəd qətliamın soyqırımı kimi qəbul edilməsində, onu törədən cinayətkarların hüquqi məsuliyyətə cəlb edilməsində mühüm əhəmiyyətə malikdir”. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin siyasi araşdırmalar və analitik təhlil sektorunun müdiri Fuad Axundov və digər çıxış edənlər Xocalı soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılması istiqamətində Heydər Əliyev Fondunun fəaliyyətindən danışıblar. Bildirilib ki, İslam Əməkdaşlıq Təşkilatı, bir sıra ölkələr, ABŞ-ın bəzi ştatları Xocalı faciəsinin soyqırımı kimi tanınması üçün qərar və qətnamələr qəbul ediblər. Xocalı soyqırımının müxtəlif ölkələrdə tanıdılması istiqamətində keçirilən petisiyalar da atılan addımlardandır. Belə ki, dünya liderlərinə, KİV-lərə, bütün vicdanlı insanlara ünvanlanan bu petisiyalarda faciəni törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsi, qətliamın insanlığa qarşı cinayət və soyqırımı aktı kimi qiymətləndirilməsi çağırışı edilir.
Anar




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
ABŞ Prezident İlham Əliyevin əfv sərəncamını alqışlayır
20.03.2019
Prezident İlham Əliyev Qazaxıstan prezidenti vəzifəsini icra edən Kasım-Jomart Tokayevə zəng edib
19.03.2019
TÜRKPA Katibliyində Novruz bayramı münasibətilə tədbir keçirilib
19.03.2019
Fond yaranmasının 10-cu ildönümü və Novruz bayramı münasibətilə təntənəli mərasim təşkil edib
18.03.2019
Əfv sərəncamlarının verilməsi humanizm, əxlaqi və cəmiyyətdaxili harmoniyanın qorunması baxımından böyük önəm daşıyır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 Fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info