“Əgər müsəlman ölkələrinə səfər etmək istəyirsinizsə, Azərbaycana səyahət edin”
Tarix: 04.05.2017 | Saat: 16:05:00 | E-mail | Çapa göndər


Amerikalı jurnalist: “Azərbaycan xalqı öz genində fəxarətlə harmonik mövcudluğu yaşadır”
“Azərbaycan xalqı öz genində fəxarətlə harmonik mövcudluğu yaşadır”.
Bunu Azərbaycanda səfərdə olan və “NewsBlaze”, “Jeurusalem Post” və “Timesofİsrael” mətbuat orqanlarının yazarı olan amerikalı jurnalist Nurit Greenger ölkəmiz haqqındakı məqaləsində yazıb.
O qeyd edir ki, Azərbaycana gələn hər bir kəs çox qısa zamanda insanlar arasında harmoniya və birliyin mümkün olduğuna əmin olur.
N.Greenger "Niyə görə bu, Azərbaycanda mümkündür və digər yerlərdə mümkün deyil" kimi sualla çıxış edərək, məqalə boyunca bu suala cavab tapmağa çalışır.
Gününü şəhidlər xiyabanından başlayan müəllif, qanlı yanvar faciəsində və Qarabağ uğrunda müharibədə həlak olanların qəbirlərini ziyarət edib. O, Yanvar faciəsi və Qarabağ müharibəsinin sülhpərvər və qonşularına da hörmətlə yanaşan Azərbaycan xalqının tarixində ən kədərli məqamlardan biri olduğunu yazır.
XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevdən müsahibə alan N.Greenger Azərbaycanın xarici siyasətinin çoxşaxəli olduğunu qeyd edir: “Hikmət Hacıyev fəxarət və böyük həvəslə Azərbaycan rəhbərliyinin ölkə vətəndaşları üçün təmin etdiyi parlaq gələcəkdən danışdı”.
XİN-nin sözçüsünə istinadən Azərbaycanın tarixən böyük güclərin döyüş meydanı olduğunu və Azərbaycan xalqının buna görə çox əziyyətlər çəkdiyini və bu gün obrazlı şəkildə desək, Azərbaycanın “tankların deyil bankların” danışmalı olduğu, yəni əməkdaşlıq və tərəfdaşlıq xarakterli siyasət yürütdüyünü yazır. H.Hacıyev Azərbaycanın xarici siyasətinin daxili siyasətinin əksi olduğunu qeyd edərək, müəllifə Azərbaycanın İsrail, İran, Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığı, ölkəmizin nəqliyyat strategiyası, turizmin, təhsilin və kənd-təsərrüfatının inkişafı, qara qızılın insan kapitalına çevrilməsi siyasəti haqqında məlumat verir.
Sonra müəllif Bakıdakı Katolik Kilsəsi, Sinaqoq, Təzə Pir Məscidinə ziyarətindən və Qafqaz müsəlmanları idarəsində Simran Həsənov ilə görüşlərindən yazır. S.Həsənov Azərbaycanda radikalizmin olmamasının səbəbləri və bu istiqamətdə dövlətin həyata keçirdiyi uğurlu siyasətdən danışır.
Azərbaycan Prezidenti İlham Əliyevin nüfuzu və iradəsi ilə ərsəyə gələn Bakı aşkenazi yəhudilərinin sinaqoqunda olan müəllif Azərbaycanda yəhudilərin firavan və təhlükəsiz yaşadığını vurğulayır.
Sonda müəllif oxuculara xitabən yazır: “Əgər siz müsəlman ölkələrinə səfər etmək istəyirsinizsə, məsləhətimə qulaq asın və Azərbaycana səyahət edin. Sizin bütün şüuraltı qərəzli fikirləriniz Azərbaycanın alicənab, mədəni və sivil insanların mühitində tamamilə əriyib gedəcək”.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.08.2019
Müsəlmanı incidənə müsəlman mükafat verdi
25.08.2019
“Zəngin bir ölkədə insanları belə saxladığımız üçün utanmalıyıq“
25.08.2019
Böyük yeddilik sammitinin açılışı olub
25.08.2019
“Eyfel qülləsindəki axşam yeməyi söhbətimiz üçün yaxşı bir başlanğıc oldu“
24.08.2019
Fransada G7 sammiti әleyhinә etiraz aksiyası keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info